Tesla (şirkət)
elektrik maşınları və elektrik nəqliyyatı üçün qidalanma qurğu birləşmələri layihələndirən, istehsal edən və satan Amerika şirkətidir / From Wikipedia, the free encyclopedia
Tesla (keçmiş adı: Tesla Motors) — elektrik maşınları və elektrik nəqliyyatı üçün qidalanma qurğu birləşmələri layihələndirən, istehsal edən və satan Palo Alto, Kaliforniya mərkəzli ABŞ şirkətidir.[17] Şirkət həmçinin yenidən istifadə edilən/yaşıl enerji məhsulları istehsal edən ortaq şirkəti olan SolarCity vasitəsiylə evlərə günəş paneli və ya solar kirəmit sataraq avtomobilləri evdə təmiz batereya enerjisi doldurmasını təmin edir. Tesla Motors TSLA simvolu altında NASDAQ fond birjasında mübadilə edən açıq şirkətdir.[18] 2013-ci ilin birinci rübündə Tesla öz tarixində ilk dəfə olaraq mənfəəti barədə məlumat verib.[19]
Tesla | |
---|---|
Ümumi məlumatlar | |
Tipi | ictimai şirkət |
Sənaye | avtomobil sənayesi, günəş sənayesi[d], batereya sənayesi[d] |
Məhsulları | Tesla Model 3, Tesla Model S, Tesla Semi, Elektrik avtomobili, Günəş paneli |
Təsis tarixi | 1 iyul 2003 |
Baş qərargahın yeri | |
İqtisadi göstəriciləri | |
Ümumi kapital |
|
Ümumi aktivlər |
|
Ümumi gəliri |
|
Xalis mənfəəti |
|
Əməliyyat mənfəəti |
|
Struktur | |
İşçi sayı |
|
Tərəfdaşlar | SolarCity[4][5][…], Tesla Grohmann Automation[d] |
Rəhbərlik | |
Təsisçilər | |
Baş icraçı direktor | İlon Mask[4] |
Prezident | Robin Denholm[7][8] |
İdarə heyəti | İlon Mask[9], Robin Denholm[9], Larri Ellison[d][9][10], İra Ehrenpreys[d][9], Hiromiçi Mizuno[d][9][11], Ceyms Murdok[d][9][12], Kimbal Mask[9], Ketlin Vilson-Tompson[d][9][13], Co Qebbi[d][14][15], C.B.Strobel[d][16] |
tesla.com tesla.com/de_de tesla.com/fr_fr tesla.com/nl_nl tesla.com/fi_fi |
|
Vikianbarda əlaqəli mediafayllar |
2015 mart ayından etibarən Tesla 2008-ci ildən indiyə qədər təxminən 70 000 elektrikli avtomobil təslim etmişdir.
Tesla özünün birinci mükəmməl idman maşını olan Tesla Roadsterin istehsalının ardınca geniş diqqət mərkəzinə düşüb.[20] Şirkətin ikinci nəqliyyat vasitəsi tam elektrik lüks sedan Model S, növbəti iki nəqliyyat vasitəsi isə Model X və Model 3-dür.[21]
Tesla həmçinin elektrik qidalanma qurğularının, o cümlədən də Daimler və Toyota kimi avtomobil brendləri üçün litium-ion batareyası dəstələrinin satışını həyata keçirir..[22] Şirkətin baş icraçı direktoru İlon Mask deyib ki, o sonda öz şirkətini adi istehlakçıya münasib qiymətdə elektrik maşınlarını təklif etmək məqsədini güdən[23][24] müstəqil avtokonsern kimi görür.[25] Teslanın Model 3 nəqliyyat vasitəsinin 2017-ci ilədək 35000 $ olması gözlənilir.[26]