Tatev monastırı
From Wikipedia, the free encyclopedia
Tatev monastırı (erm. Տաթևի վանք Tat'evi vank' ) – Ermənistan Respublikasının Sünik mərzi ərazisində, Tatev kəndi yaxınlığındakı böyük bazalt qayanın üzərində inşa olunmuş IX əsr monastırıdır. Müasir dövrdə Tatev sözü əsasən monastırla əlaqəli olaraq işlədilir. Monastır kompleksi əsrlərdir ki, Oxçu çayının (Vorotan çayı) sahilində ucalmaqdadır. Sünik kilsəsinin mərkəzi olan Tatev bölgənin tarixində mühüm rol oynamışdır.
Tatev monastırı | |
---|---|
39°22′46″ şm. e. 46°15′00″ ş. u. | |
Ölkə | Ermənistan |
Yerləşir | Sünik mərzi, Tatev kəndi |
Aidiyyatı |
Sünik Həvari Kilsəsi EQK |
Sifarişçi |
Aşot Süni II Qriqor Supan |
Tikilmə tarixi | 906 |
Vəziyyəti | fəaliyyət göstərir |
UNESCO Ehtiyat Siyahısı | |
Tipi | Mədəni |
Kriteriya | i,ii,iv,vi,vii,ix |
Təyin edilib | 1995 |
İstinad nöm. | 14 |
Dövlət | Ermənistan |
Region | Avropa |
Ermənistanda qeydiyyata alınmış abidələr | |
İstinad nöm. | 9.97/9 |
Kateqoriya | Məbəd |
Əhəmiyyəti | Dünya əhəmiyyətli |
Vikianbarda əlaqəli mediafayllar |
XIV-XV əsrlərdə Tatev monastırı orta əsrlərin ən mühüm erməni universitetlərindən biri olan Tatev Universitetinə ev sahibliyi etmiş, burada elm, din, fəlsəfə tədris edilmiş, kitabların üzü köçürülmüş və miniatürçü rəssamlar çalışmışdır. Erməni tarixinin ən çətin dövrlərində (ermənilərin yaşadığı ərazilər türk sülalələrinin qurğunu dövlətlərin hakimiyyəti altında olduğu orta əsrlərdə) Tatev Universitetinin alimləri erməni mədəniyyətinin qorunub saxlanmasında mühüm rol oynamışlar.
Müasir dövrdə monastır Sünikin əsas turistik obyektidir.[1] 2010-cu ildə Tatevi Halidzor kəndi ilə birləşdirən “Tatev qanadları” adlı kanat yolu çəkilmişdir.[2][3] Bu kanat dünyanın “ən uzun dayanıqsız ikiqat kanat yolu” kimi Ginnesin Rekordlar Kitabına daxil edilmişdir.[4]