Təbriz xanlığı
From Wikipedia, the free encyclopedia
Təbriz xanlığı — XVIII əsrin ortalarında keçmiş Təbriz bəylərbəyiliyinin mərkəzində Təbriz xanlığı yaranır. Xanlığın əsasını Əfşar tayfasından olan Əmiraslan xan qoymuşdur. Xanlığın mərkəzi də Təbriz şəhəri olmuş, Xoy, Naxçıvan, Qaradağ, Sərab və Marağa xanlıqları ilə sərhədlənmişdi. Əmiraslan xan qısa bir zamanda Təbriz, Xalxal, Ərdəbil və Azərbaycanın bir sıra cənub əyalətlərini özünə tabe edir.[1] Təbriz uğrunda mübarizəyə qoşulanların çox olması bu şəhərə tez-tez hücumlara, şəhərin əldən-ələ keçməsinə səbəb olur. Nadir şahın qardaşı oğlu İbrahim Mirzə güclü ordu ilə Təbrizə hücum edərək şəhəri ələ keçirir. Lakin Məşhəd və İsfahanda baş vermiş üsyan xəbərini eşidib Məşhədə qayıdır və döyüş zamanı həlak olur.[1]
Bu məqalə Təbriz xanlığı haqqındadır. Digər mənalar üçün Təbriz (dəqiqləşdirmə) səhifəsinə baxın. |
Xanlıq | |
Təbriz xanlığı | |
---|---|
|
|
|
|
Paytaxt | Təbriz |
Rəsmi dilləri |
Azərbaycan dili Fars dili |
Dövlət dini | İslam (Şiəlik) |
İdarəetmə forması | Mütləq monarxiya |
Sülalə | Dünbuli eli |
Xan | |
• | I Nəcəfqulu xan Dünbili |
• | II Nəcəfqulu xan Dünbili |
Bundan sonra Fətəli xan Əfşar Təbrizi tutur və şəhərin idarəsini Nəcəfqulu xan Dünbiliyə tapşırır. Urmiya xanlığının süqutundan sonra Təbriz tam müstəqil xanlığa çevrilir.[2] 1780-ci ildə isə xanlığın fəaliyyətinə son qoyulmaqla ərazisi Xoy xanlığına birləşdirilir.[1]