Sin Şi Xuandi
From Wikipedia, the free encyclopedia
Sin Şi Xuandi (çin. 秦始皇; E.ə. 259 – E.ə. 210) - ilk Çin İmperatoru. Sin xanədanının banisi.
Bu məqalədəki məlumatların yoxlanılabilər olması üçün əlavə mənbələrə ehtiyac var. |
Sin Şi Xuandi | |
---|---|
çin. 趙政 | |
Doğum tarixi | |
Vəfat tarixi | |
Dəfn yeri | |
Fəaliyyəti | siyasətçi, imperator, rəhbər[d], monarx |
Fəaliyyət illəri | E.ə 221-e.ə206 (hökmranlığı) |
Vikianbarda əlaqəli mediafayllar |
Hunlara və digər təhlükələrə qarşı Çin Səddini tikdirmişdir. Çində ilk mərkəzi bürokratik dövlət nizamı qurmuşdur. Ölkədə hər kəs üçün etibarlı olan bir qanun, pul vahidi, nəqliyyat sistemi, ağırlıq və uzunluq ölçüləri və yazı dilini tətbiq etmişdir. Xalqa köhnə ənənələri unutdura bilmək üçün, konfutsiçi elm adamlarına yazılan bütün kitabların yox edilməsini əmr edir. Bu hadisə tarixə "kitabların yandırılması" adı ilə daxil olmuşdur.
Eramızdan əvvəl 221-ci ildə Sin xanədanının ilk imperatoru Sin Şi Xuandi Vuruşan Padşahlıqlar dövründəki müstəqil dövlətləri vahid Sin süaləsi ətrafında birləşdirdi. Bu Çin tarixindəki ilk çox etnik qruplu, mərkəzi feodal dövlət idi. Onun qurduğu sistem, sülalələr dəyişməsinə baxmayaraq günümüzə qədər yaşamışdır.