Serb qartalı
From Wikipedia, the free encyclopedia
Serb qartalı — Serbiya heraldika və veksillologiyası tarixində ikibaşlı heraldik qartal şəklində təsvir edilən əsas simvoldur. İkibaşlı qartal və serb xaçı əsrlər boyu Serb xalqının milli kimliyini təmsil edən əsas heraldik simvollar olmuşdur.[1] Orta əsrdə Nemaniçi sülaləsində zamanı ortaya çıxmışdır.[1] Üzərində xaç olan qartal, Serbiya Krallığı tərəfindən 1882-ci ildə qurulmuş ənənəyə uyğun olaraq Serbiya gerbinin müasir dizaynında istifadə edilmişdir.
"Ağ Qartal" ordeni, Serbiya və Yuqoslaviya vətəndaşlarının sülh və ya müharibədəki nailiyyətlərinə görə və ya 1883-1945 illəri arasında Vəliəhd, dövlət və millət qarşısında xüsusi xidmətlərinə görə təltif edilən bir kral ordeni idi.