Santa-Mariya-del-Fiore kafedralının günbəzi
From Wikipedia, the free encyclopedia
Santa-Mariya-del-Fiore kafedralının günbəzi (it. La cupola di Cattedrale di Santa Maria del Fiore) və ya Brunelleski günbəzi (it. Cupola del Brunelleschi) — Florensiyada yerləşən Santa-Mariya-del-Fiore kafdralının mərkəzi kəsişmə hissəsini örtən kərpic günbəzdir; inşası tamamlandığı dövrdə Brunelleski günbəzi dünyanın ən böyük günbəzi idi, Müqəddəs Pyotr bazilikasının günbəzinin inşasından bu günə kimi isə Santa-Mariya-del-Fiore kafedralının günbəzi dünyada kərpicdən inşa edilmiş ən böyük günbəz (daxili günbəzin maksimal diametri 45.5 metr, xarici diametri isə −54.8 metrdir) olaraq qalmaqdadır.[2]
Santa-Mariya-del-Fiore kafedralının günbəzi | |
---|---|
it. La cupola di Santa Maria del Fiore | |
43°46′21″ şm. e. 11°15′20″ ş. u. | |
Ölkə | İtaliya |
Şəhər | Florensiya |
Yerləşir | Santa-Mariya-del-Fiore |
Memar | Filippo Brunelleski |
Tikilmə tarixi | 1420 - 1436 |
Üslubu | qotika/intibah |
Sahəsi |
|
Vikianbarda əlaqəli mediafayllar |
İntibah memarlığının sonrakı inkişafında oynadığı fundamental əhəmiyyətə və müasir memarlıq nəzəriyyəsinə təsirinə görə, bu günbəz günümüzə kimi Avropada Qədim Roma dövründən sonra həyata keçirilmiş ən mühüm memarlıq əsəri olaraq qalmaqdadır.