San Sibra de Las qalası
From Wikipedia, the free encyclopedia
San Sibra de Las qalası (qalis. Castro de San Cibrao de Las), La Siuda, Lambrisa, Lansbrika və ya Lanobrika qalası — İspaniyanın Qalisiya bölgəsində, Orense vilayətinin San Amaro və Punxin bələdiyyələri arasında yerləşən qədim qala və onun qalıqları. Bu qalanın ərazisində arxeoloji qazıntı yeri yerləşir. Qalanın e.ə. II əsrdən b.e. II əsrinə qədər istifadə olunduğu ehtimal olunur.
Cəld faktlar Ölkə, Status ...
San Sibra de Las qalası | |
---|---|
Castro de San Cibrao de Las | |
42°21′36″ şm. e. 8°01′48″ q. u. | |
Ölkə | İspaniya |
Status | tarixi abidə |
Şəhər | Orense |
Yerləşir | Qalisiya |
Tikilmə tarixi | e.ə. II əsr |
Kəşf tarixi | 1921 |
Uzunluğu | 384 metr |
Eni | 314 metr |
Material | daş |
Vəziyyəti | xaraba |
Vikianbarda əlaqəli mediafayllar |
Bağla
Qalada tanrı Banduaya həsr olunmuş qurbangah, qalanın ətrafında isə qədim Roma dövrünə aid yaşayış məntəqələri vardır.
Böyüklüyü Portuqaliyanın şimalındakı Santa Treqa qalası ilə müqayisə olunur.