Sərab xanlığı
From Wikipedia, the free encyclopedia
Sərab xanlığı [qeyd 1] — XVIII əsrin sonu - XIX əsrin əvvəllərində mövcud olmuş Azərbaycan xanlıqlarından biri.
Xanlıq | |
Sərab xanlığı | |
---|---|
|
|
|
|
Paytaxt | Sərab |
Rəsmi dilləri |
Azərbaycan dili, fars dili |
Dövlət dini | İslam (Şiəlik) |
Ərazisi | Şimaldan Savalan dağı,Ərdəbil və Qaradağ xanlıqları,qərbdən Təbriz xanlığı,cənubdan İran İraqı (İraq-i Əcəm) və şərqdən Ərdəbil xanlığı ilə həmsərhədd idi.[3] |
Əhalisi | azərbaycanlılar, kürdlər |
İdarəetmə forması | Mütləq monarxiya |
Sülalə | Şəqaqi eli |
Xan | |
• (1747-1786) | Əli xan (ilk) |
• (1786-1800) | Sadıq xan Şəqaqi |
• (1820-1822) | Cahangir xan Şəqaqi (son) |
Ərazisi Şimaldan Savalan dağı,Ərdəbil və Qaradağ xanlıqları, qərbdən Təbriz xanlığı, cənubdan İran İraqı (İraq-i Əcəm) və şərqdən Ərdəbil xanlığı ilə həmsərhədd idi.[4]
Xanlığın banisi kürd əsilli Şəqaqi tayfasının başçısı Əli xan (1747-1786) olmuşdur.[qeyd 2] O vilayətdə istiqlaliyyət qazandıqdan sonra,onun daxili vəziyyətini nizama saldı. Əli xan Şəqaqi eyni zamanda dağılmaqda olan şəhər qala divarlarını bərpa etdi və möhkəmləndirdi. Xanlığı daxilən möhkəmləndirdikdən sonra,o,öz torpaqlarını qonşu vilayətlər hesabına genişləndirmək qərarına gəldi. Lakin Məhəmmədhəsən xan Qacarın tarix səhnəsində görünməsi və onun Azərbaycanı özünə tabe etmək məqsədilə gördüyü hərbi tədbirlər Əli xan Şəqaqiyə öz planını həyata keçirməyə imkan vermədi.[5]
Əli xan Şəqaqi xanlığı müdafiə etmək məqsədilə dörd minlik Şəqaqi atlısı ilə Məhəmmədhəsən xanın qarşısına çıxdı. İki qoşun arasında gedən qanlı mübarizə Məhəmmədhəsən xanın məğlubiyyəti ilə nəticələndi. O,üç yüz nəfərdən artıq tələfatdan sonra Sərabdan geri çəkilməyə məcbur oldu.[6] Bu hadisə Sərab xanlığının möhkəmlənməsinə və Əli xanın daha da şöhrətlənməsinə səbəb oldu. O,xanlığın sərhədlərini möhkəmləndirdikdən sonra ərazisini genişləndirmək məqsədilə hətta demək olar ki,başsız qalan İran dövlətinin ərazisinə qoşun çəkməyə başladı.[7]
Sadıq xan xanlığın idarə sistemini nizama saldı, müdafiəsini təşkil etdi. İran tərəfdən təhlükəni nəzərə alaraq xan titulu verdiyi qardaşı Əli bəyi Zəncana hakim təyin etdi. Sadıq xan Təbrizi ələ keçirdi. Lakin Urmiya, Qarabağ və başqa xanlıqlardan kömək alan Nəcəfqulu xan Dünbuli Sadıq xanı geri çəkilməyə məcbur etdi. Sərab xanlığının ərazisi Qacarlar dövlətinin tərkibinə qatıldı.