From Wikipedia, the free encyclopedia
"Rialto körpüsündə xaç qalıqlarının möcüzəsi" və ya "Rialto körpüsündə mübtəlanın sağalması" (it. Miracolo della Croce a Rialto) - Erkən intibah dövründə yaratmış italyan rəssam Vittore Karpaççonun (təx. 1465-1525/26) əsəri. 1494-cü ildə yaradılıb.
Rialto körpüsündə xaç qalıqlarının möcüzəsi | ||
---|---|---|
Miracolo della Croce a Rialto | ||
| ||
Rəssam | Vittore Karpaçço | |
Tarixi | 1494 | |
Üslubu | dini incəsənət[d] | |
Ölçüləri | 389 × 365 | |
Materialı | tempera | |
Saxlanıldığı yer | Akademiya qalereyası, Venesiya | |
Saytı |
wga.hu/frames-e.html?/ht… gallerieaccademia.it/mir… |
|
İnventar nömrəsi | 566 | |
Vikianbarda əlaqəli mediafayllar |
"
1820-ci ildən bu günədək Venesiyada Akademiya qalereyasının kolleksiyasında saxlanılır.
Bu kompozisiya, Həvari Yuhənna dini qardaşlığının (Skuola Qrande di San Covanni Evancelista) Alberqo (və ya Xaç) zalı üçün nəzərdə tutulmuş rəsmlər seriyasına daxil idi. Həmin zalda 1369-cu ildən bəri möcüzəvi Müqəddəs Xaçın fraqmenti saxlanılırdı. Venesiyada heç bir digər skuolada belə böyük əhəmiyyətli relikviya yox idi. Bu süjet haqqında 10 əsər yaradılmışdı, lakin onlardan yalnız səkkizi günümüzə gəlib çatıb.
Rəsmdə qeyri-adi qalıqların törətdiyi möcüzələrdən bəhs edən səhnə təsvir edilib. Əsər, 1494-cü ildə Qrado patriarxı Françesko Kverininin iştirakı ilə mübtəlanın sağalmasına həsr olunub. Karpaçço, müqəddəs Xaç möcüzəsi haqqında üç epizod təsvir edir - skuola rahiblərinin Rialto körpüsü boyu keçidini, patriarxın girişini və sarayın lodciyasının ikinci mərtəbəsində mübtəlanın sağalması. Rəsmin əsas qəhrəmanı Venesiya şəhərinin panoraması, Böyük Kanal, 1458-ci ildəki vəziyyətində - ağacdan, böyük gəmilərin keçə bilməsi üçün açılan orta hissəsi ilə təsvir edilmiş Rialto körpüsüdür. Müasir körpü isə köhnə körpünün dağılmasından sonra 1524-cü ildə İstriya daşından tikilmişdi.
Şəhər elə dəqiq göstərilib ki, bəzi tikililəri də, məsələn, sağda 1505-ci ildə yanğın nəticəsində məhv olmuş Fondako-dei-Tedeski (Alman sarayı) binasını tanımaq olur. Hər iki tərəfdə olan fasadlar Karpaçço tərəfindən fərqli rakurslarda çəkilib, bu da, sağa genişlənən və eyni zamanda sol tərəfdə fonla kəsişən kanalın hamar səthi ilə balanslaşmış assimetriyaya gətirib çıxarır. Şəhərdə həyat qaynayır: qadınlar pencərələrindən çıxaraq xalça çırpırlar, arxa fonda uzaqda ticarət gedir, qondola sürücüləri öz sərnişinlərini daşıyırlar, tüstü bacaları səviyyəsində damlarda qurumaq üçün paltarlar asılıb. Əsərin personajları arasında fərqli irqlər, millətlər, peşələr və cəmiyyət təbəqələrindən olan insanlar var. Sağ aşağı küncdə şəhərdə karnavalın və digər tədbirlərin keçirilməsinə cavabdeh olan teatr cəmiyyəti della Kalza şirkətinin bir qrup iştirakçısı var.
Karpaççonun bu rəsmi sayəsində, Venesiyanın XV-XVI əsrlərin əvvəllərində necə göründüyünü və sakinlərinin həyatının necə olduğunu başa düşə bilirik.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.