Respublika meydanı (İrəvan)
From Wikipedia, the free encyclopedia
Respublika meydanı (erm. Հանրապետության հրապարակ)[2] — Ermənistanın paytaxtı İrəvanın mərkəzi meydanı.
Respublika meydanı | |
---|---|
Հանրապետության Հրապարակ.jpg | |
40°10′39″ şm. e. 44°30′45″ ş. u. | |
Ölkə | |
Yerləşir | Kentron[d] |
Tikilmə tarixi | 1977 |
Üslubu | erməni və neoklassik qarışığı |
Sahəsi |
|
Vikianbarda əlaqəli mediafayllar |
Meydan iki hissədən ibarətdir - dairəvi hərəkət və musiqili fontanların olduğu trapezvari hissələr.
Meydan fərqli erməni motivləri ilə zəngin olan neoklassik üslubda çəhrayı və ağ rəngli tufla üzlənmiş beş əsas bina ilə əhatə olunmuşdur. Bu memarlıq ansamblına daxildir: Ermənistanın Hökumət binası, Ermənistan Tarix Muzeyi və Milli Qalereya, Marriott Otel, Mərkəzi Poçt Binası və Xarici İşlər, Nəqliyyat və Rabitə Nazirliyi. Meydan təxminən 30.000 kvadrat metr sahəni əhatə edir.
Tiqran Mets prospekti, Nalbandyan küçəsi, Abovyan küçəsi, Amiryan küçəsi, Vazgen Sarkisyan küçəsi meydanı birləşdirir.
Meydanın dizaynını 1924-cü ildə Alexander Tamanyan tamamlamışdır[3]. Binaların əksəriyyəti 1950-ci ildə tamamlanır. Sonuncu binanın inşası (Milli Qalereya) 1977-ci ildə bitir[4].
Sovet dövründə meydan Leninin adını daşıyır. Mərkəzində Leninin heykəli qoyulmuşdu və meydanda ildə iki dəfə (əvvəlcə üç dəfə) hərbi paradlar keçirilmişdir. 1991-ci ildə Ermənistan müstəqilliyini bərpa etdikdən sonra Leninin heykəli sökülmüş və meydanın adı dəyişdirilmişdir[5].
Respublika meydanı "şəhərin və Ermənistanın ən vacib sivil məkanı", İrəvanın "memarlıq irsi" və "İrəvanın ən görkəmli memarlıq ansamblı" kimi təsvir edilmişdir. Yazıçı və səyyah Deerdr Holdinq Respublika meydanını "XX əsrdə dünyada qurulmuş ən yaxşı mərkəzi meydanlardan biri" adlandırmışdır