Reç Pospolitanın bölüşdürülməsi
From Wikipedia, the free encyclopedia
Reç Pospolitanın bölüşdürülməsi, Polşanın bölüşdürülməsi (pol. Rozbiory Polski, rozbiory Rzeczpospolitej) — XVIII əsrin sonunda Polşa-Litva dövləti (Reç Pospolita) ərazilərinin Prussiya krallığı, Rusiya imperiyası və Habsburq monarxiyası arasında 1772, 1792 və 1795-ci illərdə bölünməsi.
Polşanın dördüncü bölünməsi 1815-ci ildə Vyana konqresində baş vermişdir. 1918-ci ildə müstəqillik qazanmış Polşanın beşinci bölünməsi isə, 1939-cu ildə Sovet İttifaqı ilə Nasist Almaniyası arasında baş verdi.