Rəşid Sönəyev
Tatar əsilli Rusiya alimi / From Wikipedia, the free encyclopedia
Rəşid Qəli oğlu Sönəyev (tatar. Räşit Ğali ulı Sönäyev, Рәшит Гали улы Сөнәев;[6] 1 mart 1943[1], Daşkənd[2]) — Sovet və Rusiya astrofiziki, Rusiya Elmlər Akademiyasının akademiki (1992), Rusiya Federasiyasının Dövlət Mükafatı laureatı (2000, 2016).
Rəşid Sönəyev | |
---|---|
tatar. Рәшит Гали улы Сөнәев | |
Doğum tarixi | 1 mart 1943(1943-03-01)[1] (81 yaş) |
Doğum yeri | |
Elm sahəsi | astrofizika |
Elmi dərəcəsi | |
Təhsili | |
Elmi rəhbəri | Yakov Zeldoviç |
Üzvlüyü | |
Mükafatları |
|
Vikianbarda əlaqəli mediafayllar |
R.Sönəyev astrofizika üzrə mühüm elmi kəşflər müəllifidir. Yakov Zeldoviç ilə birlikdə relikt şüalanmanın elektronlara səpilməsi nəzəriyyəsini yaratdı və Sunyayev-Zeldoviç effekti kimi tanınan fiziki hadisəni proqnozlaşdırıb.
Sunyayev Rusiya Elmlər Akademiyasının Yüksək Enerji Astrofizikası şöbəsinin müdiri idi və baş alim olmuşdur. 1992-ci ildən Akademiyanın Kosmik Tədqiqatlar İnstitutunun əməkdaşıdır.
Sönəyev 1996-cı ildən Almaniyanın Maks Plank adına Cəmiyyətin Astrofizika İnstitutunda yüksək enerjili astrofizika və fiziki kosmologiya sahəsində işləyir, həmçinin Avropa Kosmik Agentliyinin Plank kosmik gəmisindən alınan məlumatların şərhində iştirak edir.[7]