Rövnəq Abdullayev
From Wikipedia, the free encyclopedia
Rövnəq İbrahim oğlu Abdullayev (3 aprel 1965[1], Naxçıvan) — azərbaycanlı bürokrat, iş adamı, dövlət xadimi və idman funksioneri; 2005–2022-ci illərdə SOCAR Prezidenti vəzifəsində çalışmışdır, 2022-ci ildən isə iqtisadiyyat nazirinin müavinidir.
Rövnəq Abdullayev | |
---|---|
| |
Vəzifədədir | |
10 fevral 2022-ci ildən | |
Prezident | İlham Əliyev |
9 dekabr 2005 – 10 fevral 2022 | |
Əvvəlki | Natiq Əliyev |
Sonrakı | Rövşən Nəcəf |
Azərbaycan Milli Məclisinin III, IV və V çağırış deputatı | |
30 noyabr 2005 – 11 mart 2020 | |
Seçki dairəsi | 2005 — 24 saylı Nizami Birinci 2010 — 24 saylı Nizami Birinci 2015 — 24 saylı Nizami Birinci |
14 mart 2008 – 2 aprel 2024 | |
Əvvəlki | Ramiz Mirzəyev |
Sonrakı | Rövşən Nəcəf |
Azərbaycan Cüdo Federasiyasının Prezidenti | |
4 sentyabr 2015 – 1 noyabr 2021 | |
Əvvəlki | Füzuli Ələkbərov |
Sonrakı | Rəşad Nəbiyev |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 3 aprel 1965(1965-04-03)[1] (59 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | Azərbaycan |
Partiya | Yeni Azərbaycan Partiyası |
Təhsili | V. V. Kuybışev adına İnşaat Mühəndisləri İnstitutu (B) |
Fəaliyyəti | iş adamı, siyasətçi |
Həyat yoldaşı | Məlahət Əliyeva |
Uşağı | Rəşad • Sevinc |
Hərbi xidmət | |
Xidmət illəri | 1983–1985 |
Mənsubiyyəti | Sovet Ordusu |
Rütbəsi | əsgər |
|
|
Təltifləri |
2015 |
Vikianbarda əlaqəli mediafayllar |
2005–2021-ci illərdə Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü olmuş, Azərbaycan Milli Məclisinin III, IV və V çağırış deputatı seçilmişdir. 15 il davam edən deputatlığı ərzində Abdullayev Milli Məclisin 372 sessiya iclası ərzində biri SOCAR prezidenti qismində olmaqla cəmi üç dəfə çıxış etmişdir. Parlamentdə passivliyi ilə seçilən Rövnəq Abdullayev Milli Məclisdə uzun müddətli vicdanlı fəaliyyətinə, qanun layihələrinin hazırlanmasında xüsusi əməyinə görə[2] dönəmin parlament sədri Oqtay Əsədov tərəfindən Milli Məclisin fəxri medalı ilə təltif edilmişdir.[3]
İdman sahəsində isə 2008–2024-cü illərdə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının, 2015–2021-ci illərdə isə Azərbaycan Cüdo Federasiyasının prezidenti olmuşdur.
Rövnəq Abdullayev 16 il prezidentliyini apardığı SOCAR-ın fəaliyyətinin qeyri-şəffaf olması və Abdullayevin ailə üzvləri də daxil olmaqla, Azərbaycan elitasını dövlət xəzinəsi hesabına zəngin etməsi ilə tənqid olunmuşdur.