Qars və Naxçıvanda müsəlman üsyanları
From Wikipedia, the free encyclopedia
Qars və Naxçıvanda müsəlman üsyanları — Qars vilayəti ərazisində və keçmiş Rusiya İmperiyasının İrəvan quberniyasının Naxçıvan, Sürməli, Şərur, İrəvan qəzalarında bu ərazilərin Ermənistan Demokratik Respublikasının tərkibinə daxil edilməsinə qarşı müsəlmanların silahlı üsyanları. Üsyanlar türk milliyətçilərinin, Azərbaycan Xalq Cümhuriyyəti hakimiyyətinin dəstəyi ilə həyata keçirilmişdir.[12] Üsyan İrəvan hökuməti tərəfindən yatırılmışdır.[13]
Qars və Naxçıvanda müsəlman üsyanları | |||
---|---|---|---|
Azərbaycan-Ermənistan müharibəsi | |||
| |||
Tarix | 1 iyul 1919–28 iyul 1920 | ||
Yeri | Qars vilayəti, Naxçıvan, Sürməli, Şərur, İrəvan | ||
Nəticəsi | Üsyanın yatırılması | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
Üsyanlardakı məqsədlərdən biri də Anadolu və Qafqazdakı türklər arasında pantürkist koridor yaratmaq idi. Üsyanlar ilki 1 iyul 1919-cu ildə başlamış və 1920-ci ilin 28 iyulunda bitmişdir.[14]
Osmanlı ordusunun Cənubi Qafqazdan geri çəkilməsindən sonra[lower-alpha 1] yerli müsəlmanlar bu bölgələrin Ermənistana birləşdirilməsinə qarşı müqavimət göstərə bilmələri üçün silahlandırıldılar. 1919-cu ilin yazında Qafqazdakı Britaniya komandanı ermənilərə qurulmuş bu qurumları ortadan qaldırmağa yardım etdi. Lakin bir neçə ay sonra Anadoludan və Azərbaycandan göndərilmiş şəxslərin, yerli əhalinin qətiyyəti nəticəsində erməni administraisyası çökdü və bölgə tamamilə Azərbaycan türklərinin əlinə keçdi. Bu 1920-ci ilin yayında ermənilərin tam əks-hücuma keçməsinə qədər belə davam etdi.
Ermənilərin Naxçıvanı işğal etmək üçün göndərilmiş ordusu Azərbaycanı həmin ilin yazında işğal etmiş bolşevik ordusu tərəfindən durduruldu. Qars bölgəsi qısamüddətli erməni hakimiyyətinə tabe etdirilsə də, 1920-ci ilin sentyabrında Kazım Qarabəkir Paşanın başlatdığı hücum nəticəsində Ankara hökumətinin əlinə keçdi.[16] Üsyanlar zamanı təşkil edilmiş müsəlman-türk ordusu tərəfindən məğlub edilmiş erməni ordusuna Qafqazın şimalında olan Anton Denikin silah-sursat göndərmişdi.