Qədim Roma mətbəxi
From Wikipedia, the free encyclopedia
Qədim Roma mətbəxi və qida mədəniyyəti Qədim Roma dövlətinin bütün dövrlərində dəyişib inkişaf etmişdi.
Əvvəlcə qədim romalıların yeməyi çox sadə idi, Romada kulinariya sənəti eramızdan əvvəl III əsrdən inkişaf etməyə başladı, sonradan Qədim Yunan mədəniyyətindən təsirləndi, sonra imperiyanın genişlənməsi Qədim Roma mətbəx reseptlərinin və yemək ənənələrinin inkişafına töhfə verdi. Şərq modasının təsiri altında və eyni zamanda bir çox romalıların zənginləşməsi, Romada imperiya dövründə varlılar arasında israf və acgözlüyün çiçəklənməsinə səbəb oldu. Kəndli və senatorun yeməyi, şəhər sənətkarı və varlanmış azadların, yemək istehlakı mədəniyyəti ilə bir-birindən fərqlənirdi.