Qısnama
From Wikipedia, the free encyclopedia
Zorbalıq, bəzən bulliyinq (həmçinin bullinq, ing. bullying) və ya təkləmək kimi qeyd olunur — bir insanın qəsdən başqa bir insana zərər verdiyi aqressiv davranış forması. Buna ad qoymaq, ələ salmaq, sataşmaq, şayiələr yaymaq, döymək və əşyaları götürmək daxildir.[1][2][2][3][4]
Bu səhifənin düzgün adlandırılmaması və ya Azərbaycan dilində olmadığı, adın Azərbaycan dilinə düzgün tərcümə (transliterasiya) edilmədiyi və ya adlandırmada orfoqrafik səhvə yol verildiyi ilə bağlı şübhələr var. Bununla bağlı öz fikirlərinizi məqalənin müzakirə səhifəsində bildirin. Düzəliş etdikdən sonra bu şablonu məqalədən götürməyi unutmayın! |
Bu məqalənin mətnini Azərbaycan dilinə uyğunlaşdırmaq lazımdır. |
Zorbalıq müxtəlif izah olunur. Birləşmiş Krallıqda zorbalığın hüquqi izahı olmasa da, ABŞ-nin bəzi ştatlarında zorbalığa qarşı qanunlar var. Zorbalıq əsas dörd növə bölünür - emosional (bəzən əlaqəli kimi qeyd olunur), şifahi, fiziki və kiber.[5][6]
Zorbalıq fərdi və ya qruplaşma forması ala bilər. Zorbalıq mədəniyyəti insanların bir-biri ilə qarşılıqlı olduğu hər hansı bir kontekstdə inkişaf edə bilər. Zorbalıq adətən məktəbdə, ailədə, iş yerində, evdə və qonşuluqda mövcüd olur. Zorbalıq üçün əsas platforma sosial şəbəkə saytlarıdır.[7][8][9]
İndividual zorbalıq 4 növə sinifləndirilə bilər.[10] Kollektiv zorbalıq toplu formada zorbalıq kimi bilinir və individual zorbalığın hər hansısa növünü də əhatə edə bilər.[11]
Fiziki, sözlü və əlaqəli zorbalıq ibtidai məktəblərdə çox geniş yayılmışdır və fərdin həyatının sonrakı mərhələlərində də müşahidə edilə bilər. Kiberzorbalığın ibtidai məktəbdən çox orta məktəbdə daha geniş yayılması bildirilir.[10][12]
Zorbalıq edən şəxs bəzən bir neçə şəxs ola bilər. Bunlardan biri bu zorba qrupun rəhbəri və ya "leytenant"ı ola bilər. Zorbalıq bu formanı aldıqda, yəni bir şəxsin formalığı formasından çıxaraq bir qrupun bir hədəfə və ya hədəflərə qarşı zorbalığına keçirsə, onun qarşısını almaq daha da çətinləşir. Robert V. Fuller zorbalığın iyerarxik və ya rürtəbli li kyönlərini araşdırmışdır. Məktəbdəki və iş yerindəki zorbalığa isə "yaşıd təzyiqi" də deyilir. Norveçli araşdırmaçı Dan Olveus bildirir ki, zorbalıq o zaman meydana çıxır ki, bir şəxs aşkar formada digər bir şəxsi və ya şəxsləri incitməyə çalışır. Bu sözlü, fiziki və s. zorbalıq formasında baş verə bilər.
2012-ci ildə ABŞ-dakı kişi futbolçular arasında aparılmış araşdırma zamanı futbolçuların əksəriyyəti bildirmişdilər ki, oyunçunun zorbalığını təhrik edən ən böyük faktor oyunçunun həyatındakı ən əhəmiyyətli kişinin keyfiyyətləridir. Yəni, bu şəxsin zorba şəxs olması oyunçunun da bu istiqamətdə getməsinə çox təsir edir.
Zorbalıq zamanı hədəf şəxsə fiziki ziyan, sözlü ziyan, mənəvi ziyan verilə bilər. Bu cür davranışların rasionallaşdırılması bəzən sosial sinif, irq, din, cinsiyyət, cinsəl yönəlim, görünüş, davranış, bədən dili, şəxsiyyət, etibar, soy, güc və ya bacarıq fərqliliklərini əhatə edir. Zorbalıq bir qrup tərəfindən edilirsə ona mobbinq deyilir.