Qırmızı göl (Xorvatiya)
From Wikipedia, the free encyclopedia
Qırmızı göl (xorv. Crveno jezero) — Xorvatiyanın cənubunda şirin sulu göl. Karst mənşəli olan bu göl Xorvatiyanın İmotski şəhəri yaxınlığında yerləşir. Qırmızı göl də qonşu Modro gölü kimi dərin karst çuxurunda yerləşir. Göl yeraltı mağaranın dağılması nəticəsində formalaşmışdır[1]. Göl öz adını onu əhatə edən qırmızı-qəhvəyi rəngdə olan qayalıqdan almışdır. Süxürlar üzərində çoxlu miqdarda ferritlər toplanıb[1]. Göl üç tərəfdən dik qayalarla əhatələnib, bir tərəfi isə 1942-ci ildə baş vermiş zəlzələ zamanı dağılmışdır[2].
Cəld faktlar Ümumi məlumatlar, Mütləq hündürlüyü ...
Qırmızı göl | |
---|---|
xorv. Crveno jezero | |
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 281 m |
Eni | 0,2 km |
Uzunluğu | 0,2 km |
Sahəsi | 0,03 km² |
Dərin yeri | 287 m |
Minerallaşma tipi | şirin |
Yerləşməsi | |
43°27′16″ şm. e. 17°11′56″ ş. u. | |
Ölkə | Xorvatiya |
Vikianbarda əlaqəli mediafayllar |
Bağla