Qış nağılı
From Wikipedia, the free encyclopedia
Qış nağılı — məşhur ingilis dram yazıçısı Uilyam Şekspir tərəfindən yazılmış bir teatr əsəridir. 1611-ci ildə ilk dəfə Şekspirin Saray (Court) Teatrında səhnəyə qoyulmuşdur. 1623-cü ildə ilk dəfə Uilyam Şeksprin əsərlərinin hamısının nəşr olunduğu Birinci Folio kolleksiyasında göstərilmişdir. Əsər ilk dəfə təqdim olunduğu zaman komediya janrında yazıldığı qeyd edilsə də, bəzi müasir redaktorlar bu dramın roman janrında olduğunu iddia edirlər.[1]
Qış nağılı | |
---|---|
The Winter's Tale | |
Müəllif | Uilyam Şekspir |
Janrlar | komediya, roman |
Orijinalın dili | İngilis dili |
Ölkə | |
Orijinalın nəşr ili | 1623 |
Elektron versiya | |
Vikianbarda əlaqəli mediafayllar |
Bu pyes ingilis dilinin istifadə olunduğu ölkələrin səhnələrində tam mətni ilə deyil, müxtəlif teatrlarda nümayiş edilmişdir. 18-ci əsrdə çox tanınmış Şekspir aktyoru olan Devid Qarrik bu pyesindəki bir personajı canlandırmaqla çox şöhrət qazanmışdır. 19-cu əsrdə isə üçüncü pərdə pastoral xarakterli olmuş və böyük məşhurluq qazanmışdır. Ancaq 20-ci əsrin ikinci yarısında "Qış nağılı" pyesi tamamilə və Birinci Folio kolleksiyasındakı mətninin hamısını əhatə edərək, ilk dəfə səhnəyə qoyulmuşdur.