![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/7/72/HP_Laserjet_5_DN_1.jpg/640px-HP_Laserjet_5_DN_1.jpg&w=640&q=50)
Printer
From Wikipedia, the free encyclopedia
Printer – kompüterin xarici qurğularından biridir. Verilən məlumatı (yazı, şəkil və s.) çap etmək üçündür.
Bu məqalə böyük ölçüdə və ya tamamilə tək mənbəyə əsaslanır. |
![](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/7/72/HP_Laserjet_5_DN_1.jpg/320px-HP_Laserjet_5_DN_1.jpg)
Kompüter üçün ilk printer 1834-cü ildə Çarl Bebbic tərəfindən ixtira edilmiş mexaniki “Fərqlər aparatı” üçün dizayn olunub. Hal-hazırda printerlərdən geniş istifadə olunur. Müasir İBM tipli kompüterlərə printerlər əsasən LPT (ing. Line Printer Terminal) və ya USB portu vasitəsilə qoşulur. LPT portu vasitəsilə 50Kbit/san sürətlə məlumat ötürülə bilir. Lakin USB portu 12Mbit/san sürətlə məlumat ötürə bilir. Bu baxımdan USB portu ilə qoşulan printer daha tez məlumat alıb-ötürə bilir. Bunlardan başqa hal-hazırda şəbəkə vasitəsilə də printerləri qoşmaq mümkündür. Bir kompüterə qoşulan printer şəbəkədə olan digər kompüterlərdən alınan məlumatı çap edə bilər.