Portal:Videooyunlar
From Wikipedia, the free encyclopedia
Videooyun və ya kompüter oyunu — televizor ekranı, virtual reallıq kaskası və ya kompüter monitoru kimi ikiölçülü və ya üçölçülü video displey cihazında əks əlaqə yaratmaq üçün istifadəçi interfeysi ilə qarşılıqlı əlaqədən ibarət elektron oyun. Videooyunlar 1980-ci illərdən bəri əyləncə sənayesinin mühüm bir hissəsinə çevriliblər. Onların incəsənət nümunəsi olması mübahisəli bir mövzudur.
Videooyunları oynamaq üçün istifadə olunan elektron sistemlər platformalar adlanır. Videooyunlar bir və ya bir neçə platformalar üçün hazırlanır və satışa çıxarılır. Böyük, xüsusən jetonla fəaliyyət göstərən bir şassisə nümayiş etdirən arkada sistemi kimi xüsusiləşdirilmiş platformalar 1980-ci illərdə məşhur idilər, ancaq onların populyarlığı tədricən azalmış, onların yerini daha münasib platformalar almışdır. Bu platformalara videooyun konsolları kimi videooyunlara həsr olunmuş cihazlar, eləcə də noutbuk və stolüstü kompüter kimi ümumi məqsədli kompüterlər daxildir
Videooyunlar üçün istifadə edilən giriş cihazi – kontroller platformalarında asılı olaraq fərqli olurlar. Ümumişlək kontrollerlərə geympadlar, coystiklər, siçanlar, klaviaturalar, mobil cihazlardakı taçskrinlər, hətta insan bədəni ("Kinect" sensoru vasitəsilə) daxildir. Oyunçular videooyuna televizor və ya kompüter ekranı kimi displey cihazında baxa bilərlər. Videooyunlarda adətən səsucaldanlardan və ya qulaqlıqlardan çıxan səs effektləri, musiqi və səs aktyoru dialoqları olur. 2000-ci illərdə satışa çıxarılan bəzi videooyunlarda lamisə, vibrasiya effektləri və virtual reallıq kaskaları var idi.
2010-cu illərdə videooyunların kommersial əhəmiyyəti gün getdikcə artır. İnkişaf edən Asiya və smartfonlardakı mobil oyunlar bazarı sənayenin mühüm bir parçasına çevriliblər. 2015-ci ildə əldə edilən məlumatlara əsasən, videooyunlar beynəlxalq səviyyədə 74.000.000.000 ABŞ dolları gəlir əldə ediblər və ABŞ əyləncə bazarının üçüncü ən böyük hissəsi olublar.
Marvel's Spider-Man (azərb. Marvelin Hörümçək-adamı) — "Insomniac Games" tərəfindən hazırlanan, "Sony Interactive Entertainment" tərəfindən nəşr olunan və döyüş-macəra janrında olan video oyun. Bu, "Insomniac Games" şirkətinin ilk lisenziyalı video oyunudur və bütövlükdə 35-ci Hörümçək-adam video oyunudur. Oyun 7 sentyabr 2018-ci il tarixində PlayStation 4 konsoluna eksklüziv olaraq satışa çıxarılmışdır. Oyun "Marvel Comics" nəşriyyatının Hörümçək-adam kainatında, ABŞ-ın Nyu-York şəhərində cərəyan edir. Oyun uzunömürlü komiks mifologiyası və digər mediadakı adaptasiyalardan ilham almışdır.
Oyunun əsas süjet xətti 23 yaşlı kollec məzunu və tədqiqat üzrə köməkçi olan, bədbəxt hadisə nəticəsində radioaktiv bir hörümçək tərəfindən sancılmasından sonra superinsan qabiliyyətləri əldə edən Piter Parkerdən bəhs edir.
...Arxiv |
Kirpi Sonik (ソニック・ザ・ヘッジホッグ, Sonikku za Hejjihoggu?, ing. Sonic the Hedgehog) — "Sega" şirkətinin talismanı, şirkətin hazırladığı və nəşr etdiyi "Sonic the Hedgehog" video oyun seriyasının, eləcə də müxtəlif spin-off komikslər, animasiya və digər mediaların baş qəhrəmanı. Onun əsl adı – Kirpi Ocilvi Moris (オグルヴィモーリスザヘッジホッグ, Oguruvu Imōrisu za Hejjihoggu?, ing. Ogilvie Maurice the Hedgehog).
Sonik səsdən sürətli bir şəkildə qaça və əsasən düşmənlərə hücum etmək üçün top formasına burula bilən göy rəngli antropomorfik bir kirpidir. Buna görə o, Sonik (ソニック, Sonikku?, ing. Sonic); mənası – azərb. Səs sürəti) adlanır. Sonik oyunların əksəriyyətində səviyyələri müəyyən bir vaxt çərçivəsində bitirməli, eyni zamanda pouer-ap halqalarını götürməli və maneələrdən, eləcə də düşmənlərdən qaçınmalıdır. Onun əsas antaqonisti – Doktor Eqqman dünyanı fəth etmək və «Eqqmanlend» imperiyasını qurmaq istəyir.
- ... "Flappy Bird" video oyununun müəllifi video oyunu virtual mağazalardan çəkdikdən sonra video oyunun bəzi azarkeşinin ona ölümlə hədə-qorxu gəldiklərini?
- "PUBG" video oyununun tam adının "PlayerUnknown's Battlegrounds" olduğunu və ilk dəfə 23 mart 2017-ci il tarixində sadəcə kompüterlər üçün satışa çıxarıldığını?
- ... personajın adı "Max Payne" olaraq dəyişdirilməzdən əvvəl "Max Heat" adının ticarət nişanına çevrilməsi üçün 20.000 ABŞ dollarından çox pulun xərcləndiyini?
- ... "Grand Theft Auto: San Andreas" video oyununun PlayStation 2 konsolunda 17.330.000 nüsxə sataraq platformasının ən çox nüsxə satan video oyunu olduğunu və video oyunun ümumilikdə 21.500.000 nüsxə satdığını?
PlayStation | Xbox | Nintendo | Pokemon | Sonik | Mario |
Vikisitatda video oyunlar | Vikikitabda video oyunlar | Vikimənbədə video oyunlar | Vikilüğətdə video oyunlar | Vikianbarda video oyunlar |
Sitatlar | Kitabçalar & Mətnlər | Mətnlər | İzahlar | Şəkillər & Media |