"Ola bilsin ki, operaya gedən hər əlli nəfərdən yalnız biri artıq onu sevsin, yerdə qalan qırxdoqquz nəfər isə onu sevməyi öyrənmək üçün operaya gedirlər"Mark Tven
Sevilya bərbəri (it.Il Barbiere di Siviglia) — Coakkino Rossininin 2 pərdəli Pyer Bomarşenin eyniadlı pyesi əsasında Sezare Sterbini librettosunda opera. Komi janrda olan bu operanın ilk primyerası 20 fevral, 1816 cı ildə RomadaArcintina teatrında oynanılmışdır (it.Almaviva, ossia l’inutile precauzione).
Rossininin əsəri belə adlanırmasına səbəb ondan əvvəl Covanni Paizellonun belə bir süjetə müraciyət etmiş olması idi.
Bundan başqa L. Benda (1786), İ Şults, N. İzuar (1797) və başqaları bu mövzuda opera yazmışdılar. Rossini hələ 1816-cı ildə Arjentino teatrı qarşısında karnaval ərafəsində bir opera yazmaq üçün öhdəlik götürür. Lakin senzura operanın bəstəkarın özü tərəfindən yazmış olduğu liberettoya izin vermir. Karnavala az vaxt qaldığından mövcud liberettolardan birinə müraciyət edir. Beləliklə də “Sevilyalı bərbər” ideyası ortaya çıxmış olur. Rossini Paiyielloya izin üçün müraciyət edir və o da gənc bəstəkarın uğursuzluğuna əmin olaraq ona məmnunluqla razılıq verir. Yeni liberetto Ç. Sterbiniyə tapşırılır. İnadla çalışaraq, bəstə və intrument işləmələrini 13 günə bitirmiş olur.
O olmasın, bu olsun — Üzeyir bəy Hacıbəyovun ikinci musiqili komediyası (1911). Bәstәkarın XIX əsrin sonu XX əsrin әvvәllәri Azәrbaycan hәyatının, mәişәtinin qüsurlarını kәskin ifadә edәn 4 pәrdәli (әvvәlcә 3 pәrdәli idi) әsәridir. Burada müflislәşәn vә mәnәviyyatca düşgünlәşәn zadәganların xәsisliyi, pulun gücunә fanatik inamı ilә seçilәn varlı tacir zumrәsi ilә ittifaqa girmәk cәhdi inandırıcı tәsvir olunmuşdur. İnsanın mәnәvi azadlığı vә lәyaqәti uğrunda mubarizә aparan, pulun hökmranlığı vә sosial-mәişәt qayda-qanunları ilә barışmayan yeni nәslin numayәndәlәri "әski" cәmiyyәtә qarşı qoyulmuşdur. Әsәrdә musiqi mühüm dramaturji rol oynayıb, hadisәlәrin gedişatına fәal yardım göstәrir, qәhrәmanların xarakteristikasını dәrinlәşdirir. Buradakı mәnfi qәhrәmanlar arasında puluna görә "yuxarı" tәbәqәlәrin hörmәt bәslәdiyi tacir Mәşәdi İbad әsas obrazdır.
Volfqanq Amadeus Mosart(Wolfgang Amadeus Mozart) (27 yanvar1756, Zaltsburq – 5 dekabr1791, Vyana) – dahi Avstriya bəstəkarı, Avropa klassik musiqisinin ən nüfuzlu nümayəndələrindən biri. Mosart bəstəkarlıqla yanaşı, eyni zamanda mahir skripkaçı, klavesin və orqan ifaçısı və dirijor da olmuşdur. Müasirlərinin dediyinə görə dahi bəstəkar qeyri-adi musiqi duyumu, eşitdiyi musiqiləri yadda saxlama və improvizə etmə kimi fenomenal qabiliyyətlərə malik olmuşdur. Yaratdığı 600-dən çox əsəri simfonik, konsert, kamera, piano, xor kimi klassik musiqi janrlarının ən yüksək zirvələrində qərarlaşıb. Onun əsərləri dünyanın ən nüfuzlu orkestrlərinin konsert reperturlarının ayrılmaz parçasını təşkil edir.
Volfqanq Amadey Mosart o dövrlər Müqəddəs Roma imperiyasının tərkib hissəsi olan Avstriyanın Salzburq arxiyepiskopluğunun eyniadlı şəhərində Leopold və Anna Mariya Pertl Mosartların ailəsində dünyaya göz açmışdır. Mosartın özündən savayı sağ qalmiş "Nanerl" Mariya Anna adlı bacısı da olmuşdur. Mosart doğumundan bir gün sonra Müqəddəs Rupert kilsəsində xaç suyuna salınmışdır. Bu mərasimdə körpəyə latın formasında olan Joaness Chrysostomus Wolfgangus Theophilus Mozart adı verlimişdir. Mosart isə özünü sonralar "Volfqanq Amadey Mosart" kimi adlandırılmağı üstün tutmuşdur.
Şah İsmayıl — Bəstəkar Müslüm Maqomayevin eyniadlı Azərbaycan dastanı əsasında yazdığı opera. Bəstəkar əsəri 1916-cı ildə eynadlı Azərbaycan dastanı əsasında yazıb, ilk dəfə tamaşaya 1919-cu ildə qoyub. Əsər 1925-ci ildə və sonrakı illərdə, müəllifin vəfatınadək (1937), ciddi libretto və musiqi dəyişikliklərinə məruz qalıb. Librettonun ilkin müəllifi Mirzə Qədir İsmayılzadədir ("Vüsaqi", Mikayıl Müşfiqin atası) olub, sonradan Məmməd Səid Ordubadi tərəfindən dəyişilib.
Mario del Monako (it.Mario del Monaco; 27 iyul1915 – 16 oktyabr1982) — italyan opera müğənnisi — tenor. Bir çox musiqişünaslar tərəfindən XX əsrin sonuncu və ən mahir dramatik tenorlarından (it.di forza) biri hesab edilir. Cüzeppe di Stefano ilə yanaşı 1950-60-cı illərin ən məşhur italyan tenoru olmuşdur.
Fidan Qasımova – Azərbaycanın opera müğənnisi, Azərbaycan Respublikasının xalq artisti (1982), SSRİ xalq artisti (1988), Azərbaycan Respublikasının Dövlət mükafatı laureatı (1984).
Qasımova Fidan Əkrəm qızı (d. 17.6.1947, Bakı) – Azərbaycan Dövlət Konservatoriyasını (1971) və Moskva Konservatoriyasının aspiranturasını (1974) bitirmişdir, İsveçrə (1973, Cenevrə) və Niderlandda (1975, Hertogenbos) keçirilən beynəlxalq müsabiqələrin iştirakçısı, musiqiçilərin C.Viotti ad. müsabiqəsinin (1977, Verçelli ş., İtaliya; birinci mükafat) laureatıdır. Beynəlxalq müsabiqələr laureatı adına layiq görülmüş ilk azərbaycanlı qadın müğənnidir. 1974 ildən Azərb. Opera və Balet Teatrının solistidir.
Kral Opera Teatrı ya Kral Opera Teatrı, Kovent Qarden (ing.Theatre Royal, Covent Garden) — 1737 ci ildə əsası qoyulmuş, Böyük Britaniyanın paytaxtı Londonda yerləşən, səhnəsində opera və balet tamaşaları oynanılan teatr binası. Ona qısaca olaraq “Kral Operası” və ya “Kral Opera Evi” də deyilir. Teatrın binası Kovent Qarden inzibati ərazisində yerləşdiyinə görə ona çox vaxt Kovent Qarden teatrı da deyirlər. Teatr binası üç dəfə yeni bina ilə əvəzlənmişdir. Sonuncu bina 1858 ci ildə inşa edilmişdir. 1990 cı ildə isə bina tamamilə rekoctruksiya edilmişdir. Teatrın tamaşa zalı 2268 nəfərlikdir. Hündürlüyü 14,8 m, prosçeniumunun - səhnə önünün eni isə 12,2 m-dir.
Şahzadə Kalaf:
Nessun Dorma! Nessun Dorma!
Tu pure, o principessa,
nella tua fredda stanza
guardi le stelle che tremano
d’amore e di speranza!
ma il mio mistero
è chiuso in me,
il nome mio nessun saprà!
no, no, sulla tua bocca lo dirò,
quando la luce splenderà!
ed il mio bacio scioglierà
il silenzio che ti fa mia!
Xor:
il nome suo nessun saprà…
e noi dovrem ahimè, morir, morir!…
Heç kim yatmasın! Heç kim yatmasın!
Sən də, şahzadə,
Soyuq otağında sevgi və ümidlə titrəyən
Ulduzları seyr et!
Amma mənim sirrim
məndə gizlidir
Adımı heç kimsə bilməyəcəkdir!
Xeyr, xeyr! Adımı ağzının
yanında ikən söyləyəcəyəm,
Günəş çıxanda!
Və səni mənimki edəcək olan öpüşüm
Səssizliyi əridəcək!
Adını heç kim tapmayacaq ...
Və biz də, ölməli olacağıq, ölməli olacağıq!
Ey gecə, yox ol! Ulduzlar, sönün!
Ulduzlar, sönün! Şəfəq vaxtı mən qalib gələcəyəm!
Qalib gələcəyəm, qalib gələcəyəm!
it.“Che gelida manina” (“Bu əllər necə soyuqdur”) Bohema
(italyanca)
Che gelida manina, se la lasci riscaldar...
Cercar che giova? Al buio non si trova.
Ma per fortuna, è una notte di luna,
e qui la luna... l'abbiamo vicina.
Aspetti, signorina,
le dirò con due parole:
chi son? chi son!... e che faccio...
come vivo?... Vuole?
Chi so? Sono um poeta.
Chi cosa faccio? Scrivo.
E come vivo? Vivo.
In porvetà mia lieta,
scialo da gran signore...
rime ed inni d'amore.
Per sogni e per chimere...
e per castelli in aria!
L'anima ho milionaria.
Talor dal mio forziere...
ruban tutti i gioelli
due ladri: gli ochhi belli.
V'entrar com voi pur ora,
ed i miei sogni usati
e i bei sogni miei tosto si dileguar!
Ma il furto non m'accora,
poichè v'ha preso stanza... la speranza!
Or che mi conoscete, parlate voi deh! parlate...
Chi siete?
Vi piaccia dir?
(azərbaycanca, hərfi tərcümə)
Bu əllər necədə soyuqdur!
İzin verin qızdırım.
Qaranlıqda axtarmaq nə fayda
Tapmaq üçün çox zülmətdir
Göydə ay doğana və ulduzlar sayrışanadəkş
İzin verin mənə madumazel,
Özümü sizə təqdim edim,
Kiməm, təxminən, nə ilə məşqulam,
Və mən burada yaşayıram!
İzninizlə?
(Mimi susur)
Mən kiməm? Dinləyin.
Mən adi şairəm.
Mən nə edirəm? Yazıram!
Necə yaşayıram? Beləki, yaşayıram!
Bu yoxsul otaqda
...
Qızıl xəyallarla
Havada qəsrlər ucaldar
Özümü ruhən milyonçu hiss edər,
Qəlbimdən çapıb alınar
Tez-tez gözəl cəvahirlər
Oğru cüt gözcüklər!
Bu gözcüklər sizinlə yenə gəlmiş
Alıb xəyallarımı götürmüş
Lakin mən zərrə qədər incimirəm
...
Bax beləcə məni tanıdınız. Deyiniz
mənə indi, sizin adınız nədir?
Sì. Mi chiamano Mimì, ma il mio nome è Lucia. La storia mia è breve. A tela o a seta ricamo in casa e fuori... Son tranquilla e lieta ed è mio svago far gigli e rose. Mi piaccion quelle cose che han sì dolce malìa, che parlano d'amor, di primavere, di sogni e di chimere, quelle cose che han nome poesia... Lei m'intende?
(azərbaycanca, hərfi tərcümə)
Bəli. Məni Mimi çağırırlar,
amma adım Lusiyadır.
Mənim hekayətim
qısadır. Kətan, ipək üzərində
Tikirəm evdə, eşikdə...
Sakit və rahatca
Vururam naxışlar
zanbaqdan və qızılgüldən.
Bu işimdən məmnunam,
Belə şirin sehrə malik olmaq
O, sevgi və bahardan danışır,
Mənə arzu və xəyallardan danışır.
o, şeylər ki, poetik ada malikdirlər...
Siz məni anlayırsınızmı?
Vecchia zimarra, senti, io resto al pian, tu ascendere il sacro monte or devi. Le mie grazie ricevi. Mai non curvasti il logoro dorso a ricchi, ai potenti, né cercasti le frasche dei dorati gingilli. Passâr nelle tue tasche come in antri tranquilli filosofi e poeti. Ora che i giorni lieti fuggir, ti dico: addio fedele amico mio.
(azərbaycanca, hərfi tərcümə)
Qulaq as, ey köhnə palto Mən yerdə qalıram, Siz qalxın Müqəddəs mərhəmət dağına. Minnətdarlığımı qəbul edin. Siz heç əyilmədiniz Varlılara, imkanlılara. Cibləri verilir Sakit daldalanmaq üçün Filosoflara və şairlərə Keçdi o xoşbəxt günlər Və mən sizə əlvida deyirəm Mənim vəfalı dostum, Əlvida, əlvida.
Recondita armonia di bellezze diverse!
È bruna Floria, l’ardente amante mia.
E te, beltade ignota, cinta di chiome bionde,
Tu azzurro hai l’occhio,
Tosca ha l’occhio nero!
L’arte nel suo mistero,
le diverse bellezze insiem confonde…
Ma nel ritrar costei,
Il mio solo pensiero,
Ah! il mio sol pensier sei tu,
Tosca, sei tu!
(azərbaycanca, hərfi tərcümə)
Gizlin harmoniya, çeşidli gözəlliklərlə!
Mənim ehtiraslı sevgilim Floria - əsmərdir.
Naməlum gözəl səninsə, gur buruq saçların sarışındır.
Gözlərin mavidir,
Toskanın gözlərisə qaradır.
İncəsənət öz sirrlərilə
Birləşdirir özündə bu iki gözəlliyi.
Amma çəkəndə mən onu,
Mənim tək düşündüyüm,
Ah! Mənim tək düşündüyüm - sənsən Toska, sən!
Hər zaman səmimi inancımla
Müqəddəslərə dualar etdim.
Hər zaman səmimi inancımla
Qurbangahı güllərlə bəzədim.
Ağır məqamda
Nəyə görə, niyə, Tanrım,
Nə üçün məni Sən belə mükafatlandırırsan?
Daş-qaşımı Məryəm libasına qurban etdim,
Mahnılarımı ulduzlara və göylərə qurban etdim,
hansı ki, möhtəşəm gözəlliklə gülürdülər.
Ağır məqamda
Nəyə görə, niyə, Tanrım,
Nə üçün məni Sən belə mükafatlandırırsan?
it.“E lucevan le stelle” (“Və ulduzlar parıldayırdılar”) Toska
(italyanca)
E lucevan le stelle,
ed olezzava la terra
stridea l’uscio dell’orto
ed un passo sfiorava la rena.
Entrava ella fragrante,
mi cadea fra le braccia.
O dolci baci, o languide carezze,
mentr’io fremente le belle forme disciogliea dai veli!
Svanì per sempre il sogno mio d’amore.
L’ora è fuggita, e muoio disperato!
E non ho amato mai tanto la vita!
(azərbaycanca, hərfi tərcümə)
Və ulduzlar parıldayırdılar,
Torpaq ətir saçırdı,
Bağça qapısı cırıldadı,
Və onun altı quma toxundu.
O, ətir saçaraq qəldi,
Və mənim qucağıma düşdü.
Ah şirin öpüş, ah xumar nəvaziş,
Titrəyərək, parlaq gözəlliyini örpəkdən azad etdim!
Əbədi sevgi xəyalına daldım.
Zaman keçdi, və ümidsiz ölürəm!
Və heç vaxt həyatı belə sevməmişdim!
it.“La donna è mobile” (“Qadınlar daimi deyil”) Riqoletto
(italyanca)
La donna è mobile Qual piuma al vento, Muta daccento — e di pensiero. Sempre un amabile, Leggiadro viso, In pianto o in riso, — è menzognero.
Ritornello
La donna è mobil qual piuma al vento Muta daccento e di pensier! e di pensier! e di pensier! È sempre misero Chi a lei s'affida, Chi le confida — mal cauto il cuore! Pur mai non sentesi Felice appieno Chi su quel seno — non liba amore!
Ritornello
La donna è mobil qual piuma al vento, Muta daccento e di pensier! e di pensier! e di pensier!
(azərbaycanca, hərfi tərcümə)
Qadınlar daimi deyil,
Küləkdə bir lələk kimi,
Davranış və fikirləri Həmişə şirin, Həmişə göyçək üzü
İstər kədərli, istər sevincli - yalançıdır.
Nəqarət
Qadınlar daimi deyil,
Küləkdə bir lələk kimi,
Dəyişir davranış və fikirləri Və fikirləri! Və fikirləri!
Həmişə bədbəxtdir,
Kim ki, ona inanır,
Kim ki, ona güvənir - ürəyi ehtiyatsızdır!
Hər halda heç vaxt dadmaz Əsl xoşbəxtliyi,
Kim ki, bu sinədə dadmaz sevgini!
Nəqarət
Qadınlar daimi deyil,
Küləkdə bir lələk kimi,
Dəyişir davranış və fikirləri Və fikirləri! Və fikirləri!
O patria mia, mai più, mai più ti rivedrò! mai più, mai più ti rivedrò! mai più, mai più ti rivedrò!O cieli azzurri…
O dolci aure native, dove sereno il mio mattino brillò…
O verdi colli…
o profumate rive…
O patria mia, mai più ti rivedrò! O patria mia, mai più, mai più, mai più ti rivedrò!
O patria mia, O patria mia, mai più ti rivedrò Mai più, no, no, mai più, mai più
O patria mia, non ti vedrò mai più! Mai più, mai, non ti vedrò mai più! O patria mia, mai più ti rivedrò
(azərbaycanca, hərfi tərcümə)
Oh, mənim əziz ölkəm! Bir daha, Daha heç vaxt, mən səni görməyəcəyəm Daha heç vaxt, Daha heç vaxt mən sənin mavi səmanı görməyəcəyəm Oh şirin doğma meh Orada şirin səhər işıq saçır Oh yaşıl dağlar ... Oh ətirli cərəyanlar...
Oh sevimli ölkəm, daha heç vaxt Mən sizə görməyəcəyəm Oh sevimli ölkəm, daha heç vaxt, Daha heç vaxt, mən səni yeidən görməyəcəyəm.
Oh sevimli ölkəm Oh sevimli ölkəm daha heç vaxt yenidən görməyəcəyəm ..
Oh sevimli ölkəm, daha səni heç vaxt görməyəcəyəm Oh sevimli ölkəm, daha heç vaxt, daha heç vaxt, mən səni yenidən görməyəcəyəm
it.“La fatal pietra sovra me si chiuse” (“Ölüm daşı indi məni qapayacaq”) Aida
(italyanca)
Radames:
La fatal pietra sovra me si chiuse...
Ecco la tomba mia. Del dì la luce
Più non vedrò... Non revedrò più Aida.
Aida, ove sei tu? Possa tu almeno
Viver felice e la mia sorte orrenda
Sempre ignorar! Qual gemito!... Una larva...
Una vision... No! forma umana È questa.
Ciel! Aida!
Aida:
Son io.
Radames:
Tu... in questa tomba!
Aida:
Presago il core della tua condanna,
In questa tomba che per te s'apriva
Io penetrai furtiva...
E qui lontana da ogni umano sguardo
Nelle tue braccia desiai morire.
Radames:
Morir! sì pura e bella!
Morir per me d'amore...
Degli anni tuoi nel fiore
Fuggir la vita!
T'avea il cielo per l'amor creata,
Ed io t'uccido per averti amata!
No, non morrai!
Troppo t'amai!
Troppo sei bella!
Aida:
Vedi?... di morte l'angelo
Radiante a noi s'appressa,
Ne adduce eterni gaudii
Sovra i suoi vanni d'or.
Già veggo il ciel dischiudersi,
Ivi ogni affanno cessa,
Ivi comincia l'estasi
D'un immortale amor.
(azərbaycanca, hərfi tərcümə)
Radames:
Ölüm daşı indi məni qapayacaq
Bu mənim məzarımdır. Bir daha mən
İşıq üzü, bir daha Aidanı
görməyəcəyəm.
Aida haradasan? Mayda ən azından
xoşbəxt yaşa, xəbərsiz
Mənim acı taleyimdən, xəbərsiz,
Nəfəs? Kabus,
görünür - yox, bu insan cildidir!
Göylər! -Aida!
Aida:
Bu mənəm
Radames:
Sən — bu məzarda!
Aida:
Qəlbimdə öz taleyimi his etdim.
Xəlvət bu məzara gəldim
Sizə qovuşmaq üçün.
Və budur, hər kəsin gözündən uzaq,
Səninlə birlikdə ölməyə gəldim!
Radames:
Ölmək-necə pak, necə gözəldir!
Ölmək, məni sevərək!
Bu gənc çağında,
həyatdan imtina edərək!
Göylər səni sevərək yaratmış,
Belə ki səni sevib səni öldürmək!
Yox, sən ölməyəcəksən!
Mən səni çox sevdim,
Sən ölmək üçün çox gözəlsən!
Aida:
Görürsən? Ölüm mələyi,
Parlaq qanadları ilə yaxınlaşır,
öz qızılı qanadları üzərində bizi
əbədi sevincimizə çatdırmaq üçün
Üstümüzə göylər açılır.
Orada, hər qüssə bitir,
Oradaca sevinc başlayır,
Əbədi məhəbbət sevinci.
Habanera ariyası fr.“L'amour est un oiseau rebelle” (“Eşq azad (vəhşi) bir quşdur”) Karmen
(fransızca)
L'amour est un oiseau rebelle
que nul ne peut apprivoiser,
et c'est bien en vain qu'on l'appelle,
s'il lui convient de refuser.
Rien n'y fait, menace ou prière,
l'un parle bien, l'autre se tait:
Et c'est l'autre que je préfère,
Il n'a rien dit mais il me plaît.
L'amour! L'amour! L'amour! L'amour!
•••
L'amour est l'enfant de Bohême,
Il n'a jamais, jamais connu de loi;
Si tu ne m'aimes pas, je t'aime;
Si je t'aime, prends garde à toi! (Prends garde à toi!)
Si tu ne m'aimes pas,
Si tu ne m'aimes pas, je t'aime; (Prends garde à toi!)
Mais si je t'aime, si je t'aime;
Prends garde à toi!
•••
L'oiseau que tu croyais surprendre
Battit de l'aile et s'envola.
L'amour est loin, tu peux l'attendre;
Tu ne l'attends plus, il est là.
Tout autour de toi, vite, vite,
Il vient, s'en va, puis il revient.
Tu crois le tenir, il t'évite,
Tu crois l'éviter, il te tient!
(azərbaycanca, hərfi tərcümə)
Eşq azad bir quşdur
Heç kəs onu ram edə biməz,
Onu səsləməyin əbəsdir,
Əl çəkəsən gərək
Əbəsdir hədələr və yalvarmalar
Kimi gözəl danışır, kimisi susur
Mən susanı seçirəm:
Bir söz deməsə də mənə xoşdur
Eşq! Eşq! Eşq! Eşq!
•••
Eşq - İlahə övladı,
O, qayda-qanun bilməz;
Boynuna al ki mənə vurulmusan, necə ki, mən sənə;
Əgər mən sənə vurulmuşamsa! (Özünü gözlə!)
Deki məni sevmirsən,
Deki məni sevmirsən, necə ki, mən səni! (Özünü gözlə!)
Əgər mən səni sevirəmsə,
Əgər mən səni sevirəmsə, özünü gözlə!
•••
Hesab edirsən ki, o quşu tutmusan,
Qanad açaraq uçub gedir —
Eşq artıq uzaqlarda, sən isə intizarda;
Gözlənilmədikdə isə — budur burada!
Dərhal, cəld ətrafında
Çırpınar, uçar, geri dönər,
Fikirləşirsən onu tutmusan — o qaçır,
Fikirləşirsən ondan qaçmısan — budur onun ixtiyarındasan!
Va, pensiero, sull’ali dorate;
Va, ti posa sui clivi, sui colli,
Ove olezzano tepide e molli
L’aure dolci del suolo natal! •••
Del Giordano le rive saluta,
Di Sionne le torri atterrate…
Oh mia patria sì bella e perduta!
Oh membranza sì cara e fatal! •••
'Arpa d’or dei fatidici vati,
Perché muta dal salice pendi?
Le memorie nel petto riaccendi,
Ci favella del tempo che fu! •••
O simile di Solima ai fati
Traggi un suono di crudo lamento,
O t’ispiri il Signore un concento
Che ne infonda al patire virtù!
(azərbaycanca, hərfi tərcümə)
Uç düşüncə, qızıl qanadlar üstə;
Uç dincəl, dağlarda, təpələrdə;
Harada ki, havası vətənin şirinliyi,
hərarəti və zərifliyi ilə doludur! •••
Salamla İordan sahilini,
dağılmış Sion qülləsini...
Ey gözəl itirilmiş vətən!
Əziz, ölümcül xatirələr! •••
Qədim peyğəmbərlərin qızıl arfası,
Niyə, susaraq, inancdan asılmısan?
Oyat ürək yaddaşını,
Danış keçmişindən! •••
Qoy eşidilsin iniltin,
Qüdsün acı taleyi kimi,
Tanrı sənə nəğmə qoşsun ki,
Bizə dözüm üçün güc versin!
it.“Di quella pira l'orrendo foco” (“Tonqalın alovu amansızdır”) Trubadur
(italyanca)
Manrico (tenor): Di quella pira l'orrendo foco Tutte le fibre m'arse avvampò!... Empi spegnetela, o ch'io tra poco Col sangue vostro la spegnerò... Era già figlio prima d'amarti Non può frenarmi il tuo martir. Madre infelice, corro a salvarti, O teco almeno corro a morir!
Leonora (soprano): Non reggo a colpi tanto funesti... Oh quanto meglio sarìa morir!
Ruiz (tenor), Chorus of soldiers: All'armi, all'armi! eccone presti A pugnar teco, teco a morir.
(azərbaycanca)
Manrico (tenor):
Tonqalın alovu amansızdır
Dəhşətə gəlirəm, zalım baxışlarından!...
Qəddar, söndür onu, yoxsa söndürərəm
Onu sizin qanınızla mən...
Oğlun səni çox sevir
Sənin ağrılarına dözməz,
Zavvalı anam, səni qurtararam,
Ya da ki, Səninlə ölərəm!
Leonora (soprano):
Mən bu zərbəyə dözə bilmərəm ...
Bundansa ölmək daha yaxşı
(fransızca)
I.
Le veau d’or est toujours debout;
On encense
Sa puissance
D’un bout du monde à l’autre bout!
Pour fêter l’infâme idole,
Rois et peuples confondus,
Au bruit sombre des écus
Dansent une ronde folle
Autour de son piédestal?…
Et Satan conduit le bal!
II.
Le veau d’or est vainqueur des Dieux;
Dans sa gloire
Dérisoire
Le monstre abject insulte aux cieux!
Il contemple, ô race étrange!
A ses pieds le genre humain
Se ruant, le fer en main,
Dans le sang et dans la fange
Où brille l’ardent métal!…
Et Satan conduit le bal!
Et Satan conduit le bal!
(azərbaycanca, hərfi tərcümə)
I.
Yer üzündə, insan irqi,
Alçaq bütə edir səcdə
O, bütün kainata hakim
Bu büt - qızıl buzovdur!
Canla-başla səcdə edirlər bütə
Bütün məsəb və ölkələrin insanları
Dəlicə rəqs edir dövrəsində
Bu kürsü ətrafında?...
İblisdir mərasimə hakim!
II.
Qızıl büt edir göylərə nifrət;
Dəyişir rişxəndlə
o, göylərin hökmünü!
Çəkişir ölkələr;
Qılıncla axıdılır
İnsan qanı su kimi
Dəmir üçün ölür insanlar!
İblisdir mərasimə hakim!
İblisdir mərasimə hakim!
it.“No Pagliaccio non son” (“Yox, mən payaç deyiləm!”) Palyaçolar
(italyanca)
No! Pagliaccio non son!
Se il viso è pallido
è di vergogna,
e smania di vendetta!
L’uom riprende i suoi diritti,
e’l cor che sanguina
vuol sangue a lavar l’onta,
o maledetta!
No. Pagliaccio non son!
Son quei che stolido ti raccolse
orfanella in su la via
quasi morta di fame,
e un nome offriati
e un amor
ch’era febbre e follia!
Gruppi di donne
Comare, mi fa piangere!
Par vera questa scena!
Un gruppo di uomini
Zitte laggìu.
Che diamine!
Silvio (a parte)
Io mi ritengo appena!
Sperai, tanto il delirio
accecato m’aveva,
se non amor, pietà… mercé!
Ed ogni sacrifizio
al cor, lieto, imponeva,
e fidente credea
più che in Dio stesso, in te!
Ma il vizio alberga sol
ne l’alma tua negletta:
tu viscere non hai…
Sol legge è'l senso a te:
va, non merti il mio duol,
o meretrice abbietta,
vo' ne lo sprezzo mio
schiacciarti sotto i piè!
La folla (entusiasta)
Bravo!…
Nedda (fredda ma seria)
Ebben, se mi giudichi
di te indegna,
mi scaccia in questo istante.
Ah! ah! di meglio chiedere
non puoi che correr tosto
al caro amante.
Sei furba!
No, per Dio, tu resterai
e il nome del tuo ganzo
mi dirai.
(azərbaycanca, hərfi tərcümə)
Yox, mən payaç deyiləm!
Mənim üzüm solmuşsa,
bu rüsvayçılıqdandır.
bu qisas hərisliyindəndir!
Kişinin ləyaqətini qorumaq haqqı var!
Qanamış ürəyim qisasa susamış.
Ancaq qan yuyar ləkəmi,
Lənətə gələsən qadın!
Yox, mən payaç deyiləm!
Mən axmaq, aldım bu
qarnıac kimsəsizi
küçənin pəncəsindən
Mən axmaq, sənə pak adımı
və eşqimi verdim
Ehtiras və arzularımı!
Xor (kənd qadınları, onlar hələ anlamırlar ki, olanlar — tamaşa deyil)
Zavallı!
Onun hekayəsi həyatdandır!
Хor (kənd kişiləri — onlar hələ anlamırlar ki, bu tamaşa deyil, həqiqi faciədir)
Susunuz siz axmaqlar,
Tanrı xatirinə!
Silvio (ətrafa)
Özümü ələ almağa taqətim yoxdur!
Öz kor olmuş sadəlövhlüyümlə
güman edirdim ki,
eşq olmasa da, heç olmasa alicənablığıma...
Xəyanət etməzsən, etdiyim yaxşılıqları yerə vurmazsan,
Buna görə sənə tanrıdanda artıq inanırdım!
Nəyinki pislik və günah ölmüş canında varmış: sənə duyğum qalmadı...
Sənə heyvan ehtirası hakimdir:
Dəf ol! Sən mənim əzablarıma layiq deyilsən!
Sən çirkin fahişəni!
Səni əzmək istəyirəm!
Kütlə (ruh yüksəkliyi ilə, hələ də anlamır ki, bu bir faciədir komediya deyil)
Bravo!
Nedda (ciddi və təmkinlə) Necə istəyirsən. Layiq bilmirsənsə
dərhal burax məni!
Ha-Ha! Sənə elə bu lazımdır!
Səni qovum bir baş qiymətli məşuqunun qucağına!
Necə də ağıllısan!
Amma yox, qalacaqsan burda mənimlə
Deyəcəksən mənə adını Sənin aşnanın.
Qarnye opera binasının lahiyəsi təqdim olunarkən İmperatriça Yevgeniya Şarl Qarnyedən onun hansı memarlıq üslubunda işlənildiyini soruşur: "Bu necə üslubdur? Nə yunan, nə XV Lüdovik, nə də XVI!" Qarnye belə cavab verir: "Bu ki, III Napoleondur və siz onu bəyənmirsiniz?!". İmperator Qarnyeni kənara çəkib qulağına pıçıldayır: "Narahat olmayın, onun onsuz da belə şeylərdən başı çıxmır". Beləliklə Napoleon üslubu yaranmış olur.
Bəd 13 ədədi: Opera Qarnye sayca Parisin 13 cüsüdür; 29 may1896 cı ildə nizamlayıcı 700 kq-lıq çilçıraq "Faust" tamaşası gedərkən düşməsindən 13 nömrəli oturacaqda əyləşmiş tamaşaçı ölür; gənc balerina giriş pilləkanının 13 cü pilləsindən yıxılaraq tələf olur.
Qaston Lerunun məhşur "Opera fantomu" romanında opera binasının altında gölün olması göstərilir. Həqiqətdə də binanın zirzəmisində özülün davamlığını artırmaq və baş verə biləcək yanğını söndürmək üçün su anbarı mövcuddur.
Aida operasının Avropadakı premyerası 1872-ci ildə La Skalada baş tutmuşdur. Opera qədər bəyənilir ki, bəstəkar Cüzeppe Verdi 32 dəfə səhnəyə çağırılir.