From Wikipedia, the free encyclopedia
Planetar dişli çarx ötürməsi- bir mərkəzi ulduz çarxının oxu ətrafında fırlanan bir neçə dişli çarxdan ibarət olan mexaniki sistemdir (şəkil 1). Dişli çarxlar aparıcı bəndlə (1) birlikdə saxlanılır. İlişmədə mütəhərrik oxlu dişli çarx satellit adlanır (2). Aparıcı çarxın oxuna əsas ox deyilir. Satellitlərlə təmasda olan, əsas oxla tuşoxlu olan dişli çarxlara mərkəzi dişli çarxlar deyilir (1, 3). Əsas oxla üst-üstə düşən, yükü qəbul edən bənd əsas bənd adlanır. Əsas bəndlərdən hər üçü 2, 3 və 4 ilişmədə iştirak edərsə, belə ötürmə diferensialdır. Adətən planetar ötürmədə iştirak edən dişli çarxlar radial qüvvəni kompensasiya etmək məqsədilə xarici səth boyunca bərabər paylanır. Bu ötürməni quraşdırmaq üçün mərkəzi çarxların dişlərinin cəminin satellitin sayına nisbəti tam ədəd olmalıdır.
Planetar ötürmədə dişlərin yüklənməsi adi silindrik dişli çarxlarda olduğu kimi hesablanır. Bu ötürmənin aşağıdakı üstün cəhətləri vardır:
Çatışmayan cəhətləri isə bunlardır: *Hazırlanması və yığılmaıs yüksək dəqiqlik tələb edir. *Ötürmə əmsalı böyüdükcə f.i.ə aşağı düşür.
Planetar ötürmədən avtomobil, traktor, dəzgah və cihazların differensialları, güc ötürmələrin reduktorları və sürət qutularında geniş tətbiq olunur.
Planetar ötürmələrdə ötürmə ədədi Villis üsulu ilə tapılır. Bu üsul mexanizmə bütünlükdə aparıcının bucaq sürətinə bərabər və onun əksinə yönəlmiş bucaq sürəti verməyə əsaslanır. Aparıcı bənd (h) hərəkətsiz olmaq şərtində, mərkəzi çarxların bucaq sürətlərinin ötürmə nisbəti belə tapılır:
Burada:
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.