Pavlovsk (muzey-qoruq)
From Wikipedia, the free encyclopedia
«Pavlovsk» Dövlət İncəsənət-Memarlıq və Park-Saray muzey qoruğu (rus. Государственный художественно-архитектурный дворцово-парковый музей-заповедник (ГМЗ) «Павловск») – XVIII əsrin sonu - XIX əsrin əvvəlinə aid park-saray ansamblı. Saray Peterburqun şəhərətrafı sayılan Pavlovsk şəhərində yerləşir. Saray-park kompleksinin mərkəzi İmperator I Pavelin yay iqamətgahı olan Pavlov sarayı hesab olunur.
Cəld faktlar Pavlovsk sarayı, Ölkə ...
Pavlovsk sarayı | |
---|---|
Павловский дворец | |
59°41′09″ şm. e. 30°27′12″ ş. u. | |
Ölkə | Rusiya |
Şəhər | Sankt-Peterburq |
Yerləşir | Pavlovsk |
Memar | Çarlz Kameron |
Sifarişçi | I Pavel |
Tikilmə tarixi | 1782—1786 |
Üslubu | neoklassik memarlığı |
Rəsmi sayt | pavlovskmuseum.ru |
Rusiya Federasiyasının milli irsi | |
İstinad nöm. | 7810339037 |
Mühafizə dərəcəsi | Federal |
Vikianbarda əlaqəli mediafayllar |
Bağla
Saraya bitişik ərazidə və Slavyanka çayının hər iki sahilində 600 hektarlıq geniş park yerləşir və Avropanın ən böyük mənzərəli parkı hesab olunur. Saray və park 50 il müddətində 5 tanınmış memar - Çarlz Kameron, Vinçentso Brenna, Cakomo Kvarengi, Andrey Voronixin və Karlo Rossi tərəfindən inşa olunmuşdu.