Paraqvay müharibəsi — Paraqvayın müttəfiq Braziliya, Uruqvay və Argentinaya qarşı müharibəsi. 13 dekabr 1864-cü il tarixində başlanmış və 1 mart 1870-ci ilə qədər qədər davam etmişdir. Bu müharibə Uruqvay və Argentinada Üçlər birliyinə qarşı müharibə (isp. Guerra la Triple), Braziliyada Paraqvay müharibəsi (port. Guerra do Paraguai),[3][4] Paraqvayda isə Böyük müharibə (isp. Guerra Grande) adlanır. Müharibə 1864-cü ilin 13 dekabrında Braziliya ilə Paraqvay arasında başlansa da, sonradan 1865-ci ildə Uruqvay və Argentina da ona qoşulmuşlar. Müharibə ümumilikdə 400 min insan itkisi ilə nəticələnmiş, Paraqvay isə ərazisinin yarıdan çoxunu və kişi vətəndaşlarının 90%–ni itirmişdir. Ölkə əhalisinin sayı müharibədən öncə 1 337 437 nəfər olduğu halda, 1871-ci il siyahıya almasına görə 221 709 nəfərə qədər azalır (həddi-bulluğa çatmış cəmi 28 746 kişi qalmış, yerdə qalanlardan 106 254-ü qadın və 86 079-ü uşaq idi)[5]. Üçlər birliyinin Paraqvayın əsas qüvvələri üzərində qələbə əldə etməsindən sonra müharibə artıq Partizan müharibəsi xarakteri alır. Bunun nəticəsində mülki əhali arasında itkilər daha da çoxaldı. Torpaq itkisi (demək olar ki, ərazisinin yarıya qədəri), əhalisinin böyük qisminin məhvi və ölkə təsərüffatının dağılması Paraqvayı Latın Amerikasının ən geri qalmış ölkəsinə çevirdi[6].
Cəld faktlar Tarix, Yeri ...
Paraqvay müharibəsi |
---|
guerra de la Triple Alianza Guerra do Paraguai guerra contra la Triple Alianza |
Müharibənin xronikası |
Tarix |
13 dekabr 1864[1] – 1 mart 1870 |
Yeri |
Cənubi Amerika, La-Plata hövzəsi, Korrentes (Argentina), Riu-Qrandi-di-Sul ,Matu-Qrasu (Braziliya) vilayətləri və bütün Paraqvay ərazisi. |
Səbəbi |
Ərazi mübahisəsi, Braziliyanın Uruqvaya müdaxiləsi və öz adamını hakimiyyətə gətirməsi, Böyük Britaniyanın maraqlarının təminatı, Lopesin eksponsionist siyasəti, Paraqvayın dənizə çıxış əldə etmək istəyi. |
Nəticəsi |
Paraqvayın məğlubiyyəti, ordunun tamamən darmadağın edilməsi, ərazisinin yarıya qədərini itirməsi, ölkədə təsərrüfatın tamamən məhv edilməsi. |
|
|
|
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Bağla