Palindrom
From Wikipedia, the free encyclopedia
Palindrom – tərsinə oxunuşu da eyni olan cümlə, söz və ədədlərə deyilir. Yunan dilindəki "Palindromon" sözündəndir, mənası "Geri çevrilən / Tərs(in)ə dönən", "Arxası-Önü olmayan" deməkdir. Azərbaycan dilində bunu "Astarı-Üzü (Tərsi-Üzü) eyni" kimi qəbul etmək olar. Müasir Türk dilində "palindrom" termininin mənasını birbaşa açıqlayan "Tərsi-düzü bir" deyimi işlədilir. Palindrom yaradıcılığında dilin ifadə və formal imkanlarının üzə çıxarılması əsas məqsəd daşıdığından bu söz yığınının hər şeyə baxmayaraq bir də müəyyən məna daşıması əlavə üstünlük sayılır.
Bu məqaləni vikiləşdirmək lazımdır. |