O filminin qazandığı mükafatların siyahısı
From Wikipedia, the free encyclopedia
O — rejissor və ssenarist Spayk Consun romantik dram və elmi fantastika janrında 2013-cü ildə çəkdiyi ABŞ filmidir. Filmin musiqisi Arcade Fire qrupunun üzvləri Uill Batler və Ouen Pallett tərəfindən yazılıb. Filmin operatoru Hoyte van Hoytemadır. Film Spayk Consun ssenari müəllifi kimi debüt işidir.[1] Baş rollarında Xoakin Feniks, Skarlet Yohansson, Emi Adams, Runi Mara və Oliviya Vayldın çəkildiyi film — Feniksin canlandırdığı Teodor Tuomblinin, Yohanssonun səsləndirdiyi Samanta adlı süni zəkaya malik əməliyyat sisteminə aşiq olmasından və cütlük arasında yaşanan münasibətdən bəhs edir.[2]
Soldan sağa: Xoakin Feniks, Spayk Cons, Emi Adams, Runi Mara və Oliviya Vayld "O" filminin 2013-cü il Nyu-York kinofestivalında təqdimatı zamanı. | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Ümumi | 38 | 101 | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
İstinadlar |
Filmin ilk nümayişi 12 oktyabr 2013-cü ildə Nyu-York Film Festivalında həyata keçirilib.[3] Film 18 dekabr 2013-cü ildə "Warner Bros Pictures" tərəfindən Amerika Birləşmiş Ştatlarında məhdud nümayiş çərçivəsində, cəmi altı kinoteatrda nümayiş olunub. 10 yanvar 2014-cü ildə isə film geniş kütləyə təqdim edilmiş və ölkə ərazisində 17 həftə ərzində nümayiş olunmuşdur. İstehsal büdcəsi 23 milyon dollardan bir qədər çox olan film, dünya miqyasında $47,4 milyon dollar gəlir gətirib.[4] Film Rotten Tomatoes-da 94%, Metacritic-də isə 100 baldan 90-nı qazanmağı bacarmış və aralarında ilin ən yaxşı filmi kimi qiymətləndirənlərin də olduğu bəzi tənqidçilər tərəfindən ilin ən yaxşı filmləri sırasında göstərilmişdir.[5]
Film müxtəlif tədbirlərin fərqli kateqoriyalarında mükafatlar qazanmış və bir çox nominasiyalarda namizəd göstərilmişdir. 86-cı Oskar mükafatlarının təqdim edilməsi mərasimində film "Ən yaxşı film" kateqoriyası da daxil olmaqla, ümumilikdə beş kateqoriyada mükafata namizəd göstərilmişdir. Filmin rejissoru Spayk Cons "Ən Yaxşı Orijinal Ssenari" nominasiyasında "Oskar"a layiq görülmüşdür.[6][7] Cons bundan əlavə 71-ci Qızıl Qlobus,[8][9] 66-cı Amerika Yazıçılar Gildiyası,[10] 19-cu Tənqidçilərin Seçimi Mükafatı və 40-cı Saturn mükafatlarında da ssenari kateqoriyasında mükafata layiq görülmüşdür.[11] Amerika Film İnstitutu bu ekran əsərini ilin ən yaxşı on filmi siyahısına daxil etmişdir.[12]