Naxçıvan xanlığı
From Wikipedia, the free encyclopedia
Naxçıvan xanlığı — 1747-ci ildə Nadir şah Əfşarın ölümündən sonra kəngərli tayfa başçısı Heydərqulu xan tərəfindən əsası qoyulmuş Azərbaycan xanlığıdır. Zəngəzur dağlarından başlamış, Araz çayı vadisinə qədər uzanan geniş ərazidə yerləşən Naxçıvan xanlığı, Qərbi Azərbaycanın böyük bir hissəsini əhatə edirdi. Dağlar xanlığı qala kimi əhatə edirdi. Şimal-qərbdən Dərələyəz dağları, cənubi-şərqdən Zəngəzur sıra dağları xanlığın sərhədləri boyu uzanırdı. Naxçıvan xanlığı İrəvan, Qarabağ, Qaradağ, Xoy və Maku xanlıqları ilə həmsərhəd idi.
Xanlıq[1] | |||||
Naxçıvan xanlığı | |||||
---|---|---|---|---|---|
خانات نخجوان | |||||
|
|||||
|
|||||
|
|||||
Paytaxt | Naxçıvan | ||||
Ən böyük şəhər | Abbasabad, Ordubad, Culfa, Aza, Əylis[2] | ||||
Rəsmi dilləri |
Azərbaycan türkcəsi[3] Fars dili[4] |
||||
Dövlət dini | İslam (Şiə) | ||||
Ərazisi | 47.700 m2 | ||||
İdarəetmə forması | Mütləq monarxiya | ||||
Xanlar | |||||
• 1747–1763 | Heydərqulu xan (ilk) | ||||
• 1823–1828 | Kərim xan (son) | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Heydərqulu xan 1763-cü ilə qədər hakimiyyətdə olmuşdur. Araşdırmalar göstərir ki, Naxçıvan xanlığı Qarabağ, Maku, Qaradağ, Gəncə və İrəvan xanlıqları ilə Heydərqulu xanın vaxtında yaxın dostluq münasibətləri yaratmışdı. Heydərqulu xanın vəfatından sonra onun oğlanları xanlığı idarə edirlər və ən uğurlu dövr Şükrulla xanın dövrünə təsadüf edir. 1768-ci ildən 1780-ci ilədək fasilələrlə Naxçıvan xanlığına rəhbərlik edən Şükrulla xan Kərim xan Zəndin fərmanı ilə müstəqil xan, yəni hakim tituluna layiq görülməklə yanaşı, bütün Kəngərli süvarilərinə sərkərdə təyin olunduğu müddətdən etibarən tümən hakimi kimi şöhrət tapır.
1790-cı illərin sonlarında Naxçıvan xanlığında hakimiyyət uğrunda mübarizə güclənir. İrəvan xanı Hüseynəli xan, Qarabağ xanı İbrahimxəlil xan və Kartli-Kaxetiya çarı II İrakli istəyirlər ki, Naxçıvan xanları onların istəyi ilə hərəkət etsin. Beləliklə, Rəhim xanın oğlu Abbasqulu xan 1780-ci ildə xanlığı idarə etməyə başlayır. Lakin onun iradəsizliyi hakimiyyətdəki uğursuzluğu ilə nəticələnir və 1810-cu ildə İranda edam edilir. Naxçıvan xanlığı 1747–1797 illərdə daxili və xarici siyasəti ilə qonşu xanlıqların rəğbətini qazanmış Heydərqulu xanın, sonralar isə Kəlbəli xanın hakimiyyəti dövründə siyasi diplomatiyası ilə də fərqlənib. Xanlığın ərazisi, qoşunu, pul vahidi, xarici və daxili siyasəti, müstəqil dövlətə məxsus atributları olub.
Kəlbəli xan çox güclü siyasət yeritsə də əvvəlcə Ağaməhəmməd şahla, daha sonra isə rus qoşunları ilə ciddi mübarizə aparır. Uzunmüddətli Rusiya-İran müharibəsindən sonra 1813-cü ildə Gülüstan müqaviləsi imzalanır və bununla müharibə yekunlaşır. Daha sonra isə 1826-cı ildə Qacar hakimiyyətinin yeni hücumları ilə yenidən Rusiya-İran müharibəsi başlayır və müharibə rusların qələbəsi ilə başa çatır. 1828-ci ildə imzalanan Türkmənçay müqaviləsinin şərtlərinə əsasən Naxçıvan və İrəvan xanlıqları Rusiyaya verilir. Naxçıvan xanlığının ərazisində məskunlaşan sonuncu xan Kərim xanın bütün əmlakı Rusiya xəzinəsinə müsadirə edilir. Şahzadə Abbas mirzə Kərim xan və onun bir qrup Kəngərli sülaləsindən olan tərəfdarlarına məskunlaşmaq və idarə etmək üçün Marağa xanlığının bir neçə kəndini verir. Bununla da Naxçıvan xanlığı ləğv edilir.