Mona Liza (Prado versiyası)
From Wikipedia, the free encyclopedia
Mona Lizanın Prado versiyası (isp. Mona Lisa del taller de Leonardo da Vinci) — Leonardo Da Vinçinin Luvr muzeyində saxlanan "Mona Liza" adlı portretinin Madriddəki Prado muzeyində saxlanan versiyasıdır. Portret Prado muzeyində 1819-cu ildən[2] nümayiş etdirilsə də, onillər ərzində əhəmiyyətsiz kopya hesab edilmişdir.[3] Lakin, 2012-ci ildə həyata keçiriən bərpa işlərindən sonra Prado Mona Lizasının Leonardonun məşhur şah əsərinin ən erkən versiyalarından biri olduğu elan edilmişdir.[4]
Mona Liza | ||
---|---|---|
isp. Mona Lisa del taller de Leonardo da Vinci | ||
| ||
Rəssam | Leonardo da Vinçinin emalatxanası | |
Tarixi | 1503-1516 | |
Üslubu | portret | |
Texnikası | yağlı boya | |
Ölçüləri | 76,3 sm[1] × 57 sm[1] | |
Materialı | yağlı boya[d] | |
Sifarişçi | Liza Gerardini | |
Saxlanıldığı yer | Prado muzeyi | |
İnventar nömrəsi | P000504 | |
Vikianbarda əlaqəli mediafayllar |
"Mona Liza"nın XVII–XVIII əsrlərə aid olan və dövrümüzə çatmış onlarla nüsxələrinin olmasına[4] baxmayaraq, Prado Mona Lizası elmi baxımdan tarixi əhəmiyyətə malik ən mühüm nüsxə hesab edilir.[5] Həmçinin müəyyən edilmişdir ki, Prado Mona Lizası Leonardonun öz əsərini işlədiyi vaxtda və onun studiyasında, tələbələrindən biri tərəfindən çəkilmişdir.[6] Leonardonun tələbələri arasında Salai və Françesko Melli Prado Mona Lizasının mümkün müəllifləri arasında əsas namizədlər kimi qeyd edilsələr də, bəzi tədqiqatçılar əsərin müəllifinin Leonardonun ispan tələbələrindən biri olması ehtimalını da irəli sürmüşlər.[7]