Milli İncəsənət, Memarlıq və Dizayn Muzeyi
From Wikipedia, the free encyclopedia
Milli İncəsənət, Memarlıq və Dizayn Muzeyi (norv. Nasjonalmuseet for kunst, arkitektur og design) — Norveçin paytaxtı olan Oslo şəhərində muzey.
Milli İncəsənət, Memarlıq və Dizayn Muzeyi | |
---|---|
Nasjonalmuseet for kunst, arkitektur og design | |
Əsası qoyulub | 28 aprel 2003 |
Açılış tarixi | 2003 |
Ölkə | |
Yerləşir | Oslo |
Kolleksiyası | 400.000 |
Ziyarətçi sayı |
|
Telefon | +47 21 98 20 00[1] |
59°55′04″ şm. e. 10°44′25″ ş. u. | |
nasjonalmuseet.no nasjonalmuseet.no/en/ nasjonalmuseet.no | |
Vikianbarda əlaqəli mediafayllar |
Muzey 1 iyul 2003-cü il tarixində təsis olunmuşdur. Muzey Memarlıq Muzeyi, İncəsənət Sənayesi Muzeyi, Milli Sərgilər, Dekorativ İncəsənət və Dizayn Muzeyi, Müasir İncəsənət Muzeyi və Norveç Milli Qalereyasının birləşməsindən ibarətdir.[2]
Üç əsas sərgi İncəsənət Muzeyi, Müasir İncəsənət Muzeyi və Milli Qalereyanın binalarında keçirilir. Milli Qalereya 2019-cu ildə bərpa işlərinə görə bağlanılmışdır. Binanın açılışı 2020-ci il üçün nəzərdə tutulmuşdur.
Milli Muzey ölkənin ən geniş incəsənət, memarlıq və dizayn kolleksiyasını yığır, qoruyur və nümayiş etdirir. Muzeyin kolleksiyasına təxminən 400.000 əsər aiddir.