Mavi göl (Gürcüstan)
Gürcüstanda göl / From Wikipedia, the free encyclopedia
Mavi göl[1] (abx. Адзиасицва, gürc. ცისფერი ტბა [Sisperi tba]) — göl Gürcüstanın muxtar ərazisi olan Abxaziya ərazisində, Ritsa gölündə 13 km aralıda, Bzib çayının sağ sahilində yerləşir. Gölün səthi olduqca sakitdir. Bununla belə dağlardan səsli şəkildə gələn qaya altı dağ axaını müşahidə etmək olur. Mavi göl karst məşhəllidir. Onun sahəsi böyük deyildir. Cəmi 180 m² əraziyə sahibdir. Dərinliyi haqqında dəqiq məlumat yoxdur (dərinliyinin 76 m olması və dibinin lazuritlə örtülməsi fikiri sadəcə bir mifdir). Mavi göl parlaq rəngə sahibdir. Hətta ən tutqun havalarda belə kənardan öz parlaqlığını nümayiş etdirir.
Mavi göl | |
---|---|
abx. Адзиасицва, gürc. ცისფერი ტბა | |
| |
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 109,5 m |
Sahəsi | 0.00018 km² |
Dərin yeri | 76 m |
Yerləşməsi | |
43°21′03″ şm. e. 40°24′43″ ş. u. | |
Ölkə | Gürcüstan |
Vikianbarda əlaqəli mediafayllar |
Göl heç zaman donmur. Ancaq bununla belə göldə balıqlar yaşamır. Müəmmalı cəhət ondadır ki, göldə heç bir canlı yaşamır. Hətta planktonlar belə qeydə alınmamışdır. Gölün qidalanmasına gəldikdə mavi göl yeraltı çaylarla qidalanır. Bu yeraltı çaylar Axsıx dağlarında formalaşır.