Latın Amerikası
From Wikipedia, the free encyclopedia 0
Latın Amerikası — Amerika qitəsində bölgə. ABŞ-dən cənubda yerləşən Latın Amerikası regionuna 200 İEOÖ (İnkişaf etməkdə olan ölkə)-lər və 18 asılı ərazi daxildir. Latın Amerikası əhalisinin böyük əksəriyyəti roman (latın) dil qrupuna aid ispan (62%), portuqal (34%) və fransız dilində danışırlar. Regionu məhz bu cəhətinə görə Latın Amerikası adlandırırlar. Regiona daxil olan ölkələr ya respublikalar, ya da Ingiltərə birliyinə aid quruluşa malikdirlər. İqtisadi inkişafına görə bu region Asiya Afrikanın İOÖ-lərindən irəlidə olsa da, digər İOÖ-lər kimi bu region da dünya bazarına xammal çıxarır. ABŞ özünə zəruri olan xammalın 70%-ni məhz bu regiondan idxal edir. Regionun İCM (İqtisadi coğrafi mövqe)-nin başlıca xüsusiyyəti Atlantik və Sakit okeanları arasında yerləşməsi və ABŞ-la qonşu olmasıdır. Bu amil regionun ABŞ-dən asılılığını artırır.