Kventin Tarantinonun filmoqrafiyası
From Wikipedia, the free encyclopedia
Kventin Tarantino — ABŞ kinorejissoru, prodüser, ssenarist və aktyor kimi fəaliyyət göstərir və 2015-ci ilin göstəricilərinə əsasən, 11 film çəkmiş və onların hər birinin ssenari müəllifi olmuşdur.[lower-alpha 1] Öz karyerasını 1980-ci illərin sonlarında başlayan Tarantino ağ-qara filmi olan "Ən yaxşı dostumun doğum günü" filmində həm rejissor, həm ssenari müəllifi, həm də aktyor kimi iştirak edir. Bu film rəsmi olaraq, heç vaxt təqdim edilməmiş və həvəskar şəkildə çəkilmiş müstəqil qısametrajlı bədii film idi. 1988-ci ildə "Qızıl qızlar" sitkom serialında məşhur müğənni Elvis Preslinin obrazını canlandırmış, ardınca isə "Eddi Presli" filmində (1992) epizodik rolda çıxış etmişdir. Rəsmi müstəqil film istehsalçısı kimi bir-birini tanımayan beş nəfərin qiymətli daş-qaş oğurluğu naminə yığışıb birgə fəaliyyət göstərməsindən bəhs edən "Quduz köpəklər" (1992) kriminal triller filmini çəkmiş, eyni zamanda bu layihənin ssenari müəllifi və rol ifaçısı olmuşdur. "Quduz köpəklər"in təsir qüvvəsi böyük olduğuna görə, "Empire" kino jurnalı bu filmi "Bütün zamanların ən böyük müstəqil filmi" elan edib.[1][2] Tarantinonun Toni Skottun "Əsl sevgi" (1993) filminə yazdığı ssenari Ən yaxşı ssenariyə görə Saturn mükafatına namizəd olub.[3]
Bu məqalədəki və ya bölmədəki məlumatlar köhnədir. (iyul 2023) |
1994-cü ildə Kventin Tarantino neonuar janrında "Kriminal qiraət" qara komediya filminin həm ssenaristi, həm də rejissoru kimi çıxış edir. Bu film onun yaradıcılığında tənqidi və kommersiya baxımından ən böyük uğur qazanan iş olur. Kütləvi informasiya vasitələri bu filmin müasir Hollivudun açıqlamasını verdiyini qeyd edirdi. Tarantino bu filminə görə Ən yaxşı orijinal ssenariyə görə Oskar mükafatına layiq görüldü və Ən yaxşı rejissor işinə görə Oskar mükafatına namizəd göstərildi.[4] 1994-cü ildə, eləcə də, rejissor Rocer Everinin "Zoeni öldürmək" filminin icraçı prodüseri olur və digər iki film üçün ssenari yazır. Növbəti il Tarantino "Dörd otaq" kinoalmanaxında "Hollivudlu kişi" qısametrajlı filminə rejissorluq edir və "ER" televiziya serialının "Analıq" bölümündə iştirak edir. O, Robert Rodrigesin "Qürubdan şəfəqə" (1996) filminin ssenari müəlliflərindən biri kimi çıxış edir. Onların arasında uzun sürən əməkdaşlıq kult səviyyəyə gəlib çatmış və davamlı şəkil almışdır.[5] Onlar hətta icraçı prodüser kimi də fəaliyyət göstərmişdilər. Tarantinonun növbəti cəsarətli filmləri "Ceki Braun" (1997) və "Billi öldürmək" (2003–2004) kino tənqidçilərinin xüsusi rəğbətinə səbəb olur.[6][7] İki filmdən ibarət olan "Billi öldürmək" döyüş filmi, onu öldürməyə çalışan keçmiş həmkarlarından qisas almaq istəyən qatil haqqındadır.[8]
Kventin Tarantino eləcə də "CSI: Cinayət səhnəsinin istintaqı" televiziya serialının "Ciddi təhlükə" bölümünə rejissorluq edib. Bu fəaliyyəti sayəsində rejissor Dram janrlı teleserialda ən yaxşı ən yaxşı rejissor işinə görə "Emmi" mükafatına namizəd olub.[9] O, Frenk Millet və Robert Rodrigesin "Günahlar şəhəri" (2005) filmində dəvət olunmuş rejissor kimi səhnələrin birinə quruluş verib. Tarantino ilə Rodriges sonralar "Qrayndhaus" (2007) layihəsində birgə əməkdaşlıq etmişlər. O, həmin layihə çərçivəsində "Ölümün sübutu" filmini lentə almışdır. Ardınca rejissor 2009-cu ildə "Şərəfsiz əclaflar" hərbi filmini ərsəyə gətirir. Film düşünülmüş süjet əsasında İkinci Dünya müharibəsi zamanı Üçüncü Reyxin Fransanı işğal etməsindən bəhs edir. Tənqidi və ticari baxımdan uğurlu olan film 82-ci Oskar mükafatının təqdimetmə mərasimində Ən yaxşı rejissor işinə və Ən yaxşı orijinal ssenariyə görə bu mükafata namizəd olub.[10][11] Kventin Tarantinonun ən böyük ticari uğuru 2012-ci ildə çəkdiyi "Azad olunmuş Canqo" vestern filmi ilə əldə edilir. Ekran əsəri bütün dünya üzrə 425.4 milyon $ gəlir gətirir. Bu film ona həm də Ən yaxşı orijinal ssenariyə görə Oskar mükafatı qazandırır.[12][13] Bu işlərin ardınca rejissor öz ssenarisi əsasında daha bir uğurlu vestern olan "Çirkin səkkizlik" (2015) filmini çəkir.[14] Filmin ssenarisi həmin il BAFTA və "Qızıl Qlobus" mükafatlarına namizəd olub.[15][16]