Kerol filminin qazandığı mükafatların siyahısı
From Wikipedia, the free encyclopedia
Kerol (ing. Carol) — britaniyalı və amerikalı rejissor Todd Heynsin romantik dram filmidir. Filmin əsasını yazıçı Patrisia Haysmitin "Duzun qiyməti" (həmçinin Kerol kimi də tanınan) romanı təşkil edir.[1][2] Filmin ssenarisi Fillis Neyci tərəfindən yazılmışdır. Filmdə əsas rolları Keyt Blanşett, Runi Mara, Sara Polson, Kayl Çendler və Ceyk Lesi canlandırmışlar.[3] Hadisələrin 1950-ci illərin Nyu-Yorkunda baş verdiyi filmdə gənc fotoqraf xanım və çətin seçim qarşısında qalmış orta yaşlı qadın arasındakı yasaq sevgidən bəhs edilir.
| ||||||||||||||||||
| ||||||||||||||||||
Ümumi | 59 | 191 | ||||||||||||||||
İstinadlar |
Kerol 2015-ci ildə keçirilən Kann kinofestivalı zamanı Qızıl Palma Budağı nominasiyası üzrə rəqabət aparmaq üçün seçilir və filmdə baş rolu oynamış Runi Mara əldə etdiyi "Ən Yaxşı Qadın Oyunçu" mükafatını Emmanuell Berkot ilə bölüşür. Film tənqidçilərdən əsasən müsbət rəy alması və müxtəlif film festivallarında bir çox nominasiya əldə etməsinə baxmayaraq, 88-ci Oskar mükafatında 6 nominasiyaya namizəd olan film heç birini qazana bilməmişdi, həmçinin 73-cü Qızıl Qlobus mükafatında 5 nominasiya, 69-cu BAFTA film festivalında isə 9 nominasiyaya namizədlik əldə etməsinə baxmayaraq, tərəfdaş çıxdığı və namizədlik əldə etdiyi sahələrdən heç birində qalib olmamışdır. Bununla belə, Kerol kinotənqidçilər tərəfindən nəşr edilən bir çox publikasiyalarda 2015-ci ilin ən yaxşı filmi adlandırılmış və ümumilikdə 130 filmin də yer aldığı geniş siyahıda top-10-a daxil edilmişdir. Film 20 noyabr 2015-ci ildə ABŞ-da seyircilər üçün məhdud buraxılışda təqdim olunmuş və yalnız 15 yanvar 2016-cı ildə geniş prokata buraxılmışdır.[4] Həmçinin film 27 noyabr 2015-ci ildə Böyük Britaniyada tamaşaçılar üçün nümayiş olunmuşdur.