Katsudo Şaşin
From Wikipedia, the free encyclopedia
Katsudo Şaşin (活動写真, azərb. Hərəkətli şəkillər?) — 50 kadrdan ibarət olan qısa Yaponiya animasiyası. Yaradıcısı haqqında məlumatlar saxlanılmayıb. Yaponiyada çəkilmiş ilk anime hesab olunur.[Qeyd 1] "Katsudo Şaşin"i Osaka İncəsənət Universitetinin müəllimi Natsuki Matsumoto 31 iyul 2005-ci ildə Kiotoda qədim ailə proyektorunda aşkar edib.[3][4]
Cəld faktlar 活動写真(Hərəkətli şəkillər), Rejissor ...
Katsudo Şaşin | |
活動写真 (Hərəkətli şəkillər) | |
---|---|
Anime | |
Rejissor | bilinmir |
Vaxt | 3 san. |
Anime və manqa portalı |
Bağla
Proyektorda sellüloiddən hazırlanmış lentə çəkilən 50 kadr saxlanılmışdı. 3 saniyə davam edən animenin mövzusunu gəmiçi paltarında olan oğlan uşağının lövhədə kanci heroqlifləri ilə "hərəkətli şəkillər" yazaraq, tamaşaçılara çevrilib nəzakət əlaməti olaraq papağını çıxartması təşkil edir.[5]