Hindistanda ümumdünya irsi obyektlərinin siyahısı
From Wikipedia, the free encyclopedia
Hindistanda YUNESKO-nun ümumdünya irsi obyektlərinin siyahısına 40 obyekt daxildir (2021-ci il üçün), bu, ümumi rəqəmin 3,1%-ni (2021-ci il üçün 1154) təşkil edir. Siyahıya 32 obyekt mədəniyyət meyarlarına görə, 7 obyekt təbii meyarlara görə, 1 obyekt mədəni və təbii meyarlara görə daxil edilib. 13 obyekt insanın yaradıcılığının şah əsəri kimi tanınır (meyar i), 3 obyekt təbiət fenomeni və ya müstəsna təbii gözəlliyə və estetik əhəmiyyətə malik məkan kimi tanınır (meyar vii). Bundan əlavə, 2022-ci ildən ölkədəki 49 obyekt ümumdünya irs siyahısına daxil olmaq üçün namizədlər sırasındadır[1]. Hindistan Ümumdünya Mədəni və Təbii İrsin Mühafizəsi Konvensiyasını 1977-ci il noyabrın 14-də ratifikasiya edib[2]. Hindistandakı ilk obyektlər 1983-cü ildə YUNESKO-nun ümumdünya irs komitəsinin 7-ci sessiyasında siyahıya alınıblar.