Fleş Oxa qarşı
From Wikipedia, the free encyclopedia
Fleş Oxa qarşı (ing. Flash vs. Arrow) – The CW telekanalında yayımlanan və DC Comics personajları əsasında yaradılmış Ox Kainatında baş tutan ənənəvi korossoverlərdən birincisi. Krossover “Fleş” və “Ox” teleserialları arasında baş tutmuşdur. Krossover hadisəsi 2 dekabr 2014-cü ildə “Fleş” teleserialının “Fleş Oxa qarşı” adlanan səkkizinci seriyası ilə başlamış və “Ox” teleserialının növbəti gün yayımlanan “Məğrur və kobud” adlı səkkizinci seriyası ilə davam etdirilmişdir. Krossoverdə Fleş komandası (Barri Allen/Fleş, Keytlin Snou və Sisko Ramon) cinayətkar Kapitan Bumeranqın həbs edilməsində Ox komandasına (Oliver Kuin/Ox, Felisiti Smok, Con Diql), Ox komandası isə metainsan Roy Bivolonun tutulmasında Fleş komandasına kömək edir.
"Fleş Oxa qarşı" | |||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Ox Kainatında krossover hadisəsi | |||||||||||||||||
Digər adı | The Bolt. or The Bow. | ||||||||||||||||
Seriya sayı | Fleş (I hissə) I mövsüm, VIII seriya Ox (II hissə) III mövsüm, VIII seriya | ||||||||||||||||
Rejissor | Qlen Uinter (Fleş) Cessi Varn (Ox) | ||||||||||||||||
Ssenarist | Qreq Berlanti Endryu Kreysberq | ||||||||||||||||
Telepley | Ben Sokolovski (Fleş) Bruki Eykmeyer (Fleş) Mark Quqqenheym (Ox) Qreyni Qadfri (Ox) | ||||||||||||||||
İstehsal kodları | 3J5358 (Fleş) 3J5158 (Ox) | ||||||||||||||||
Orijinal yayım tarixləri | 2 dekabr 2014 (2014-12-02) (Fleş) 3 dekabr 2014 (2014-12-03) (Ox) | ||||||||||||||||
Seriya xronologiyası | |||||||||||||||||
| |||||||||||||||||
Sonrakı | Qəhrəmanlar güclərini birləşdirir |
İki teleserial arasında korssoverin baş tutacağı 2014-cü ilin iyulunda Barri Allenin “Fleş” serialının debütündən əvvəl “Ox”un ikinci mövsümündə təqdim edilməsindən sonra elan olunmuşdu. Bundan sonra sentyabrda hər iki seriya üçün ssenari yazılması tamamlanmış, 2014-cü ilin oktyabrında isə çəkilişlərə başlanılmışdır. Krossover seriyalarında hər iki serialın əsas aktyor heyətinə daxil olan bütün aktyorlar iştirak etmişdir.
Seriyalar tənqidçilər tərəfindən müsbət qəbul edilmiş, şən və fanların istədiyi hər şeyi əks etdirən adlandırmışlar. Tənqidçilər hər iki serialı bir araya gətirərək serialların hər ikisinin özünəməxsus xüsusiyyətlərinin saxlanmasına görə prodüserlərin işini yüksək qiymətləndirmiş, Fleş və Oxun döyüş səhnələrini bəyənmişlər. Reytinqlər yüksək olmuş, hər iki seriya isə aid olduğu serialın mövsümündə ən yaxşı nəticəni göstərmişdir. Növbəti il Ox Kainatının “Qəhrəmanlar güclərini birləşdirir” adlı ikinci krossoveri təqdim edilmişdir.