Fleş (II mövsüm)
From Wikipedia, the free encyclopedia
ABŞ superqəhrəman teleserialı olan "Fleş"in ikinci mövsümünün premyerası 6 oktyabr 2015-ci ildə The CW telekanalında baş tutmuş, 23 seriyalı mövsümün final seriyası isə 24 may 2016-ci ildə yayımlanmışdır.
Ölkə | ABŞ |
---|---|
Seriya sayı | 23 |
Orijinal kanal | The CW |
Orijinal efir | 6 oktyabr 2015 (2015-10-06) – 24 may 2016 (2016-05-24) |
Sonrakı → III mövsüm | |
Fleş teleserialının seriyaları |
Birinci mövsümdə Sentral-sitinin xilas edilməsindən sonra Barri, paralal kainatdan gələn Zum adlı yeni təhlükə ilə üzləşir. Zum, sürət gücü ilə əlaqəsi olan hər kəsi məhv etməyə çalışır. "Fleş" serialı Ox Kainatına daxil olduğuna görə, onun hadisələri bu kainata daxil olan digər serialların hadisələri ilə birbaşa əlaqəlidir. İkinci mövsümün istehsalı ilə "Berlanti Productions", Warner Bros. Television və DC Entertainment məşğul olmuş, Endryu Kraysberq, Qabriel Stenton, Aaron və Todd Helbinqlər isə şouranner kimi layihədə iştirak etmişlər.
İkinci mövsüm 2015-ci ilin yanvarında sifariş edilmiş və həmin ilin iyulundan növbəti ilin aprelinə kimi Vankuverdə çəkilmişdir. Əsas rolu canlandıran Qrant Qastinlə yanaşı, Kendis Petton, Daniella Panabaker, Karlos Valdes, Tom Kavanaq və Cessi L. Martin öz rollarına qayıtmışlar. Həmçinin ikinci mövsümdə serialın aktyor heyətinə Keynan Lonsdeyl qoşulmuşdur. Bu mövsümdə həm də spin-off kimi inkişaf etdirilən "Sabahın əfsanələri" serialının bir neçə personajı təqdim edilmişdir.
İkinci mövsümün premyerasını 3,58 milyon nəfər izləmişdir ki, bu da birinci mövsümün anoloji nəticəsindən daha aşağı göstəricidir. "Fleş"in ikinci mövsümü ümumilikdə tənqidçilər tərəfindən müsbət qarşılanaraq, ortalama 4,25 milyon izləyici göstəricisi ilə ümumi serialların reytinqində 112-ci yeri tutmuşdur. 11 mart 2016-cı ildə serialın üçüncü mövsümünün istehsal ediləcəyi elan olunmuşdur.[1]