Entebbe əməliyyatı
From Wikipedia, the free encyclopedia
Entebbe əməliyyatı (ivr. מבצע יונתן ; ing. Operation Entebbe) — 1976-cı ilin 4 iyul tarixində[7] Uqandanın Entebbe şəhəri yaxınlığında yerləşən eyni adlı hava limanında İsrail ordusunun xüsusi təyinatlı qüvvələri tərəfindən gercəkləşdirilmiş girovların xilas edilməsi əməliyyatı. Əməliyyatın saat yarım kimi kimi qısa bir vaxtda, İsrail torpaqlarından 4.000 km kənarda həyata keçirilməsi və 52 nəfərə qarşılıq, cəmisi 1 nəfərin həlak olması dönəmin dövrü mətbuatında böyük əks-səda yaratmışdır.
Entebbe əməliyyatı | |||
---|---|---|---|
Tarix | 4 iyul, 1976 | ||
Yeri | Entebbe hava limanı, Uqanda | ||
Nəticəsi | |||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
3 girov həlak oldu[5][6] 10 nəfərə yaxını yaralandı |
|||
Vikianbarda əlaqəli mediafayllar |
Hadisədən bir gün əvvəl Fələstin Xalq Azadlıq Cəbhəsinə mənsub terrorçular Təl-Əviv-Paris xətti üzrə uçuşları icra edən Fransa Hava Yollarına məxsus Airbus A300 tipli təyyarəni qaçırmaqla istiqaməti Uqandanın Entebbe Hava Limanına doğru yönəltmişdilər. Təyyarədə olan 248 sərnişinin əksəriyyəti etnik yəhudilərdən və ya İsrail vətəndaşlarından ibarət idi. Terrorçular qaçırılan 248 nəfərin əvəzində İsrail tərəfindən həbs edilmiş 40 nəfərə yaxın fələstinli məhkumun və dünyanın dörd müxtəlif ölkəsində saxlanılan daha 13 məhkumun azad edilməsini tələb edirdilər.[8]
Sonuncu dayanacağı Paris şəhəri olan təyyarə Afinada qısa dayanmadan sonra Benqazi şəhərinin üzərindən uçaraq Uqandanın Entebbe şəhərinin mərkəzi hava limanına doğru yönəlmişdir. Uqanda lideri İdi Aminin terrorçuları şəxsən qəbul etdiyi təxmin olunsada, onlara öz dəstəyini göstərdiyi məlumdur. Hava limanına enən təyyarədə olan sərnişinlər köhnə terminal binasına aparılmış və burada etnik yəhudi olan və ya İsrail vətəndaşlığı daşıyanlarla, digər millətlərdən olanlar ayrı-ayrı otaqlara yerləşdirilmişdir.[9][10] Növbəti iki gün ərzində İsrail vətəndaşı olmayan 148 nəfər azad edildi və öz ölkələrinə göndərildilər.[10][11] Qırx iki nəfər, əsasən İsrail vətəndaşı olan şəxslər və Fransa Hava Yollarının 12 nəfərdən ibarət heyəti girov olaraq saxlanılmış və ölümlə təhdid edilmişdir.[12][13]
İsrail xüsusi xidmət orqanı Mossad tərəfindən təmin edilən məlumatlar əsasında İsrail dövləti girovların xilas edilməsi üçün əməliyyat tədbirləri görməyə başladı. Terrorçular tələbələrinin yerinə yetirilməyəcəyi təqdirdə girovların hamısınını öldürməklə hədələyirdilər.[14] Uqanda hakimiyyətinin İsrailə qarşı olan münasibəti səbəbindən və terrorçuların dövlət tərəfindən dəstəklənməsi ehtimalı, nəzərə alaraq İsrail rəsmiləri uqandalı əsgərlərlə mümkün toqquşma risklərini belə nəzərdən keçirmişdilər.[15]
Girovların xilas edilməsi əməliyyatına gecə vaxtı start verilmişdir. 100 nəfərə yaxın Sayeret Matkal xüsusi təyinatlısı İsraildən hərəkət edərək təyyarə ilə 2.500 mil (4.000 km) yol qət etmiş və Uqandaya çatmışdır. Bir həftə davam etməsi planlaşdırılan əməliyyat, cəmisi 90 dəqiqə davam etdi və girovların 102 nəfəri sağ şəkildə xilas edildi. Əməliyyatda beş xüsusi təyinatlı yaralanmış və bir nəfər Sayeret Matkalın zabiti Yonatan Netanyahu həlak olmuşdur. Həlak olanlar arasında beş terrorçu (hamısı), 45 nəfər Uqanda ordusunun əsgəri və 3 girovda vardı.[5][6]. İsrail ordusu eyni zamanda Uqanda Hava Qüvvələrinə məxsus MiQ-17 və MiQ-21 qırıcı təyyarələrinin saxlanıldığı ərazilərə endirdiyi zərbələr nəticəsində Uqanda Hava Qüvvələrinin 25% məhv etmişdir.[4]
Əməliyyatdan öncə İsrail tərəfi Uqanda ilə sərhəd olan Keniyadan lojistik dəstək almış və bu barədə xəbər tutan İdi Amin ölkəsində yaşayan yüzlərlə keniyalının öldürülməsinə və yaşadıqları yerlərdən sürgün edilməsinə göstəriş vermişdir.[16] Entebbe əməliyyatı hərbi kod adı İldırım əməliyyatı olmuşdur. Bəzi mənbələrdə əməliyyat Sayeret Matkalın zabiti Yonatan Netanyahunun şərəfinə Yonatan əməliyyatı formasında da adlandırılır. 1946-cı ildə Nyu-Yorkda anadan olan Yonatan Netanyahu İsrailin Baş Naziri Benyamin Netanyahunun böyük qardaşıdır.[17]