Ecazkar qadın (film, 2017)
"Ecazkar qadın" radiodan televiziyaya və filmə qədər müxtəlif mediada nümayiş etdirilib və geyim, oyuncaq, kukla, zərgərlik və video oyunlar kimi dünyada satılan mallarda görünür / From Wikipedia, the free encyclopedia
"Ecazkar qadın" (ing. Wonder Woman) — "DC Comics" nəşriyyatının eyniadlı personajı əsasında çəkilmiş superqəhrəman filmi. Warner Bros. tərəfindən distribütorluq edilən[8] film DC Genişləndirilmiş Kainatının dördüncü filmidir. Film, Allan Heynberin ssenarisi əsasında Petti Cenkinsin rejissorluğu ilə çəkilmişdir; ssenari əsasında durmuş hekayə Heynberq, Zak Snayder və Ceyson Fuşs tərəfindən yazılmışdır. Əsas personaj Qal Qadot, digər personajlar isə Kris Payn, Robin Rayt, Denni Hyuston, Devid Tyulis, Konni Nilsen və Yelena Anaya tərəfindən canlandırılmışlar. Betmen Supermenə qarşı filmində Ecazkar qadının ilk dəfə layv-ekşn filmində görünməsindən sonra, bu film personaja həsr olunmuş ilk individual layv-ekşn filmidir. Filmdə, Femiskira adasında qəzaya düşmüş ABŞ pilotu Stiv Trevor Dayanaya Birinci Dünya Müharibəsi haqqında məlumat verir və müharibəni dayandırmaq üçün doğma evini tərk edən Şahzadə Dayana Ecazkar qadına çevrilir.
Ecazkar qadın | |
---|---|
ing. Wonder Woman | |
| |
Janr |
superqəhrəman filmi fantastika döyüş |
Əsas mövzu | Birinci Dünya müharibəsi |
Rejissor | Petti Cenkins |
Prodüserlər |
Çarlz Roven Riçard Sakli Debora Snayder Zak Snayder |
İcraçı prodüser | Ceff Cons[d] |
Əsərin müəllifi | DC Comics |
Ssenari müəllifi | Allan Heynberq |
Baş rollarda |
Qal Qadot Kris Payn Robin Rayt Denni Hyuston Devid Tyulis Konni Nilsen Yelena Anaya |
Operator | Metyu Censen |
Bəstəkar | Rupert Qreqson-Vilyams[1] |
İstehsalçılar |
DC Entertainment Cruel and Unusual Films Atlas Entertainment Tencent Pictures Wanda Pictures Distribütor: Warner Bros. |
Distribütor | Warner Bros., InterCom[d][2], Netflix |
İlk baxış tarixi |
15 may 2017 (Şanxay) 2 iyun 2017 (ABŞ) 1 iyun 2017 (Azərbaycan[3]) |
Müddət | 141 dəq.[4][5] |
Büdcə | 149 milyon $[6] |
Gəlir | 821.9 milyon $[7] |
Ölkələr | ABŞ |
Dil | ingilis dili |
İl | 2017 |
Əvvəlki film | İntiharçılar dəstəsi |
Sonrakı film | Ədalət liqası |
Rəng | rəngli |
IMDb | ID0451279 |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Personaj haqqında individual film çəkilməsi ideyası 1996-cı ildən inkişşaf etdirilməyə başlanılmış, 2015-ci ildə Petti Cenkins rejissorluğu öz üzərinə götürməklə bağlı müqavilə imzalamışdır. 21 noyabr 2015-ci ildə əsas çəkilişlərə start verilmiş, çəkilişlər Böyük Britaniya, Fransa və İtaliyada həyata keçirilmiş və 19 may 2016-cı ildə tamamlanmışdır. 2016-cı ilin noyabrında əlavə çəkilişlər keçirilmişdir. Ecazkar qadın qadın rejissor tərəfindən çəkilmiş ilk yay superqəhrəman filmi, Petti Cenkins isə, qadın protaqonist haqqında superqəhrəman filmi çəkmiş ilk qadın rejissor olmuşdur.[9]
Ecazkar qadın filminin premyerası 15 may 2017-ci ildə Şanxayda keçirilmiş, ABŞ-də 2 iyun, Azərbaycanda 1 iyun 2017-ci ildə 2D, 3D və IMAX 3D formatlarında çıxarılmışdır. Film tənqidçilər tərəfindən müsbət qarşılanmış və əsasən Qadotun ifası yüksək qiymətləndirilmişdir.[10]
"Ecazkar qadın", bir neçə kassa rekordu qırmağa nail olmuş, qadın rejissor tərəfindən çəkilmiş ən çox gəlirli film, qadın rejissor tərəfindən çəkilmiş film üçün ən böyük istehsalçı ölkə açılış günü gəliri, istehsalçı ölkədə ən böyük gəlir gətirmiş super qəhrəman mənşə filmi və qadın baş rol ifaçısının çəkildiyi komiks filmi üçün ən böyük açılış günü nəticəsi olaraq qeyd edilmişdir. "Ecazkar qadın" filmi həm də istehsalçı ölkədə ən çox gəlir gətirmiş beşinci, ABŞ-də ən çox gəlir gətirmiş iyirminci film olmuşdur. Ümumilikdə $819 milyon gəlirlə "Ecazkar qadın" 2017-ci ilin ən çox gəlir gətirmiş yeddinci filmi olmuşdur. Film, "DC Genişləndirilmiş Kainatı"nın gəlirlərinin 3 milyard dolları keçməsinə səbəb olaraq, onu bütün zamanların ən çox gəlir gətirmiş film franşizaları arasında on yeddinci yerə yüksəltmişdir.[11] Filmin sikveli olan "Ecazkar qadın 2" filminin 13 dekabr 2019-cu ildə çıxarılacağı elan edilmişdir.[12]