Dənizə çıxışı olmayan dövlətlər — coğrafi vəziyyətinə görə dünya okeanına birbaşa çıxışı olmayan ölkələr qrupu. Dünyada hazırda 44 belə dövlət vardır. Onlardan 16-sı Afrikada, 14-ü Avropada, 12-si Asiyada, 2-si Cənubi Amerikada yerləşir. Azərbaycanın da dünya okeanına birbaşa çıxışı yoxdur. Dənizə çıxışı olmayan Özbəkistan və Lixtenşteyn dənizə çıxışı olmayan ölkələrlə əhatə olunublar. Dənizə çıxışı olmayan ölkələr arasında ərazisinə görə ən böyük Qazaxıstan, ən kiçik isə Vatikandır.
Bu məqalədə çoxsaylı problemlər mövcuddur. Zəhmət olmasa, səhifəni redaktə edərək və ya mövcud problemləri müzakirə səhifəsində diskussiya edərək həll edin.