Cinevra de Bençinin portreti
From Wikipedia, the free encyclopedia
Cinevra de Bençinin portreti (it. Ritratto di Ginevra de' Benci) — məşhur rəssam Leonardo da Vinçi tərəfindən təxminən 1474–1476-cı illlərdə çəkilmiş erkən əsəridir; rəsm əsəri gecikmiş kvatroçento dövrünün (yəni erkən İntibah dövrünün) və Florensiya portret rəssamlıq məktəbinin parlaq nümunəsidir. Ekspertlər tərəfindən müəyyən edilmişdir ki, rəsm əsərində təsvir olunmuş qadın, XV əsrdə yaşamış məşhur florensiyalı şairə və intellektual Cinevra d'Ameriqo de Bençidir. Cinevra italiyalı humanist və Venesiya şəhərinin görkəmli dövlət xadimi Bernardo Bembonun platonik sevgilisi olmuşdur; bu porterin rəssama sifarişi məhz Bernardo tərəfindən edildiyi ehtimal olunur.
Cinevra de Bençinin portreti | ||
---|---|---|
| ||
Rəssam | Leonardo da Vinçi | |
Tarixi | 1474–1476 | |
Üslubu | portret[1] | |
Ölçüləri | 38,8 ± 0,1 sm × 36,7 sm | |
Materialı | lövhə, yağlı boya | |
Saxlanıldığı yer | Milli Sənət Qalereyası, Vaşinqton | |
Saytı | wga.hu/html/l/leonardo/0… | |
İnventar nömrəsi | 1967.6.1.a | |
Vikianbarda əlaqəli mediafayllar |
Bu Leonardonun Avropadan kənarda saxlanılan və müharibədən sonrakı dövrdə satışa çıxarılan yeganə əsəridir; hal-hazırda o Vaşinqtondakı Milli Sənət Qalereyasında nümayiş olunur, bundan bir neçə əsr öncə isə, o Lixtenşteyn knyazlarının kolleksiyasında saxlanılırdı[2].