C (proqramlaşdırma dili)
From Wikipedia, the free encyclopedia
C (si kimi tələffüz olunur) — 1970-ci illərin əvvəllərində Denis Ritçi və Ken Tompson tərəfindən UNIX əməliyyat sistemi üçün yaradılmış proqramlaşdırma dili "A" və "B" dilinin inkişafı məqsədilə yaradılmışdır.
C | |
---|---|
Paradiqmalar | Strukturlu proqramlaşdırma |
Yaradılma tarixi | 1972 |
Müəlliflər | Denis Ritçi |
Tərtibatçılar | Bell Labs, Denis Ritçi[1], Amerika Milli Standartlar İnstitutu, Beynəlxalq standartlaşdırma təşkilatı, Ken Tompson |
Fayl sonluğu |
.c və ya .h |
Təsirlənib | Assembler, Fortran, Algol dili |
Əməliyyat sistemi | Microsoft Windows, Unix bənzəri |
iso.org/standard/74528.h… open-std.org/jtc1/sc22/w… | |
Vikianbarda əlaqəli mediafayllar |
Hazırda C proqramlaşdırma dili digər əməliyyat sistemlərində də geniş istifadə olunur. Müasir dövrdə bu dil sistem proqramramlaşdırması üçün ən güclü proqramlaşdırma dillərindən biri hesab olunur. Windows, Linux, Unix, FreeBSD və s. əməliyyat sistemləri məhz C-də yazılıb.
C proqramlaşdırma dili bir çox digər proqramlaşdırma dillərinin yaranmasına və inkişafına təkan vermişdir. Belə ki, C++, Objective-C, Perl, Java, PHP, JavaScript, AWK, D (proqramlaşdırma dili) və digər dillərinin yaranmasında C-nin çox böyük rolu olmuşdur. Buna görə də bu dillərə "C kimi sintaksisə" malik dillər deyilir.
C proqramlaşdırma dilinin tədris üçün yaradılmamasına baxmayaraq hazırda bir çox universitetlərdə C dili tədris olunur. Bir çoxları C-ni bütün güclü proqramçıların bilməli olduğunu söyləyirlər.