Cənnət qapısı (Giberti)
From Wikipedia, the free encyclopedia
Cənnət qapısı (it. Porta del Paradiso) — Florensiya vəftizxanasının Santa Maria del Fiore kafedralı ilə üzbəüz yerləşən əsas giriş qapısı; qapı vəftizxananın şərq fasadında olduğuna görə həm də "Şərq qapısı" adlandırılır. 1425-1452-ci illərdə italyan heykəltaraş və zərgər Lorenzo Giberti tərəfindən yaradılmış (oğlu Vittore Gibertinin aktiv iştirakı ilə) "Cənnət qapısı" sənətkarın şah əsəri, Florensiya intibahının ən məşhur nümunələrindən biridir. Tamamilə qızıl suyuna çəkilmiş qapı Mikelancelo Buonarroti tərəfindən "Cənnət qapısı" (it. del Paradiso) adlandırılmışdır.
Cəld faktlar Ölkə, Şəhər ...
Cənnət qapısı | |
---|---|
it. Porta del Paradiso | |
43°46′12″ şm. e. 11°15′36″ ş. u. | |
Ölkə | İtaliya |
Şəhər | Florensiya |
Yerləşir | Florensiya vəftizxanası |
Memar |
Lorenzo Giberti Vittore Giberti |
Tikilmə tarixi | 1425-1452 |
Üslubu | Erkən İntibah |
Hündürlüyü | 599 sm |
Eni | 462 sm |
Material | qızıl suyuna çəkilmiş tunc |
Vikianbarda əlaqəli mediafayllar |
Bağla
Cənnət qapısının 1966-cı ildə Arno çayının daşması zamanı zədələnmiş orijinal plastinləri bərpa edildikdən sonra qonşuluqdakı Opera-del-Duomo muzeyində saxlanılmaqdadır.