Breddok ekspedisiyası
From Wikipedia, the free encyclopedia
Breddok ekspedisiyası, həmçinin Breddok kampaniyası və ya Breddok məğlubiyyəti — Fransa–hindi müharibəsi zamanı, 1755-ci ilin yayında Fort-Dükeni (1754-cü ildə qurulmuşdur, indi Pittsburq şəhərinin mərkəzində yerləşir) fransızlardan tutmaq üçün həyata keçirilmiş Britaniya hərbi ekspedisiyası. Britaniya qoşunları 9 iyul 1755-ci ildə Mononqahela döyüşündə məğlub olmuş və sağ qalanlar geri çəkilmişdir. Ekspedisiya adını Britaniya qüvvələrinə rəhbərlik edən və səydə həlak olan general Edvard Breddokdan götürmüşdür. Breddokun məğlubiyyəti Fransa ilə müharibənin ilkin mərhələlərində britaniyalılar üçün böyük uğursuzluq olmuşdur. ABŞ tarixçisi Con Mak Farager bunu XVIII əsrdə ingilislər üçün ən fəlakətli məğlubiyyətlərdən biri kimi xarakterizə etmişdir.[1]