Bozun əlli çaları (film)
From Wikipedia, the free encyclopedia
Bozun əlli çaları (ing. Fifty Shades of Grey) — 2015-ci ildə Kelli Marselin Britaniya yazıçısı E.L.Ceymsin 2011-ci ildə nəşr edilmiş eyni adlı romanı əsasında yazdığı ssenariyə uyğun olaraq rejissor Sem Teylor-Conson tərəfindən erotik-romantik dram janrında çəkilmiş Britaniya-Amerika filmidir. Filmdə Ceymi Dornan gənc biznesmen Kristian Qrey, Dakota Conson isə onunla sadomazoxist münasibət quran gənc kollec tələbəsi Anasteyşa Stil obrazlarını canlandırırlar.
Bozun əlli çaları | |
---|---|
Fifty Shades of Grey | |
Janr | romantik film[1][2][…], dram filmi[3][2][…], erotik film, roman ekranlaşdırması[d] |
Rejissor | Sem Teylor-Conson |
Prodüserlər |
Maykl de Luka Dana Brunetti E.L.Ceyms |
Əsərin müəllifi | E.L. Ceymsin "Bozun 50 çaları" romanı əsasında |
Ssenari müəllifi | Kelli Marsel |
Baş rollarda |
Dakota Conson Ceymi Dornan Eloiza Mamford Rita Ora |
Operator | Simus MakQrevi |
Bəstəkar | Denni Elfman |
Quruluşçu rəssam | Devid Uosko[d] |
İstehsalçılar |
Focus Features, Trigger Street Productions, Michael De Luca Productions Distribütor: Universal Studios |
Distribütor | Universal Pictures, UIP-Dunafilm[d][4][5], Netflix |
İlk baxış tarixi |
11 fevral, 2015 (Berlin) 12 fevral, 2015 (Azərbaycan)[6] 13 fevral, 2015 (ABŞ) |
Müddət | 125 dəq.[7] |
Büdcə | $40 milyon[8] |
Gəlir | $569.7 milyon[9] |
Ölkələr | ABŞ |
Dil | ingilis dili |
İl | 2015 |
Rəng | rəngli |
Çəkiliş yeri | Vankuver |
IMDb | ID2322441 |
Vikianbarda əlaqəli mediafayllar |
İlk dəfə 11 fevral 2015-ci ildə 65-ci Berlin Beynəlxalq Film Festivalında təqdim edilən filmin kinoteatr çıxışı “Universal Pictures” təqdimatında 13 fevral 2015-ci ildə baş tutmuşdur.[10][11] Tənqidçilərin qarışıq rəylərinə baxmayaraq böyük kassa uğuru əldə edən film, gəlir göstəricilərinə görə bir neçə rekord qırmış və ümumilikdə $569 milyon gəlir gətirmişdir. Hazırda film, 2015-ci ilin dördüncü ən çox gəlirli filmidir.
Filmin davamı olacaq “Zülmətin Əlli Çaları” və “Azadlığın Əlli Çaları” filmlərinin müvafiq olaraq 10 fevral 2017-ci il və 9 fevral 2018-ci ildə təqdim ediləcəyi gözlənilir.