Birinci Hind-Çin müharibəsi
From Wikipedia, the free encyclopedia
Birinci Hind-Çin müharibəsi (tez-tez «Hind-Çin müharibəsi» adlandırır) — Fransanın Hind-Çində olan müstəmləkələri əldə saxlamaq üçün olan müharibədir. 1946-1954-cü illərdə baş verib.
Birinci Hindçin müharibəsi | |||
---|---|---|---|
Hindçin müharibələri | |||
Tarix | 19 dekabr 1946 — 21 iyul 1954 | ||
Yeri | Çənub-Şərqi Asiya | ||
Nəticəsi |
Demokratik Vyetnam respublikasının qalib gəlməsi Fransız qoşunlarının Vyetnamdan çıxarılması Vyetnamın bölünməsi |
||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
Müharibənin əsas hadisələri Vyetnam ərazisində olub. Orda 2 sentyabr 1945-ci ildə Milli Şüranın seçkilərdə qalibiyyətindən sonra patriotik Vyetmin hərakatı tərəfindən Demokratik Vyetnam Respublikası elan olunmuşdur. Hərbi əməliyyatlar eləcə də Kamboca və Laos ərazisində də gedirdi, lakin burda onlar müharibənin əsas gedişatına təsir göstərmədilər. 1949-cu ildə Fransa öz tərəfindən Vyetnam ərazisində «Vyetnam Dövləti» yaradılmasını elan etdi.
Vyetnamın özündə Birinci Hindçin müharibəsi «Müqavimət Müharibəsi» kimi məşhurdu. «Müqavimət Müharibəsi» — 1945-1954-ci illərin fransanın müstəmləkə idarəçiliyinə qarşı olan hərbi-siyasi «Vyetmin» hərakatı əqidəsi altında birləşmiş vyetnam millətçilərin və kommunistlərin müharibəsidir.
Fransa öz mübarizəsini ABŞ və Böyük Britaniyanın yerli tərəfkeşlərinin köməyi və dəstəyi ilə aparırdı. Demokratik Vyetnam Respublikası müharibəni Çin və SSSR-in kömək və dəstəyi ilə aparırdı. Birinci Hindçin müharibəsi vyetnam ərazisinin 17-ci paralellə bölünməsi ilə yekunlaşdı. İki müstəqil dövlət əmələ gəldi: şimalda Demokratik Vyetnam Respublikası (paytaxtı — Hanoy) və cənubda Vyetnam Dövləti (paytaxtı — Sayqon).