Biri var idi, biri yox idi (IV mövsüm)
From Wikipedia, the free encyclopedia
Biri var idi, biri yox idi — ABC telekanalında yayımlanan ABŞ nağıl-dram serialıdır. Serialın dördüncü mövsümünün çəkiləcəyi ABC tərəfindən 8 may 2014-cü ildə elan edilmişdi.[1][2][3] 13 may 2014-cü ildə açıqlanmışdı ki, dördüncü mövsüm iki hissəyə bölünərək birinci hissə 2014-c ilin payızında, ikinci hissə isə 2015-ci ilin yazında efirə veriləcək. 28 sentyabr 2014-cü ildə premyerası baş tutan dördüncü mövsümün yayımı 10 may 2015-ci ildə tamamlanmışdır.
Ölkə | ABŞ |
---|---|
Seriya sayı | 23 |
Orijinal kanal | ABC |
Orijinal efir | 28 sentyabr 2014 (2014-09-28) – 10 may 2015 (2015-05-10) |
Biri var idi, biri yox idi serialının seriyaları |
20 aprel 2014-cü ildə Maykl Soçanın Uill Skarlet/Ürəklər Cəngavəri obrazı ilə baş rol canlandırdığı serialın spin-offu kimi "Bir dəfə Möcüzələr ölkəsində" serialının çəkiləcəyi elan edildi.
Dördüncü mövsümdə seriala əsas antoqonistlər Qar Kraliçası, Qaranlıq Kraliçaları (qəddarlar triadası: Malefisenta, yeni obrazlar Kruella və Ursula) da daxil olmaqla Elza, Anna, Kristof, Sehrbazın köməkçisi, Balaca Bo Pip və Poseydon kimi yeni personajlar əlavə edilmişdir.