Arilər
From Wikipedia, the free encyclopedia
Arilər (hind. ā́rya-, avest. airya-, fars. ariya-) — e.ə. 2000-ci ilə yaxın Mərkəzi Asiyadan Hindistana yerləşmiş Hind-İran köçəri tayfalarının özlərinə verdikləri ad. Hindisumda ariler tədricən yerli əhali ilə qarışaraq onlarla birlikdə hindxalqını təşkil etdilər. İran və Azərbaycan ərazilərində yerli əhali ilə qarışan arilərdən, o cümlədən Azərbaycan ərazisində bir çox irandilli tayfalar - parfiyalılar, farslar, midiyalılar, saqartilər, kadusilər, mardlar, kirtilər və b. meydana gəlmişdilər.
Müasir İranın adı buradandır; qədim İran dilində aquapat – "arilər ölkəsi" və ya "padşahlığı" deməkdir.
İrandilli tayfa və qəbilələr indiki İran ərazisinə b.e.ə. IX əsrdə (bəzilərinin fikrincə, e.ə. XI və ya X əsrdə) gəlmişlər. Həmin tayfaların bir hissəsi IX əsrin II yarısında Elam dövlətinin (e.ə. 2500-644) Parsua adlanan ərazisində məskunlaşmış və artıq e.ə. VI əsrdə məntəqənin çoxluq təşkil edən əsas əhalisinə çevrilmişlər. Parsuada məskunlaşan irandilli əhali bir neçə tayfadan ibarət idi, bəziləri onlardan üçünün, digərləri yeddisinin daha mühüm rol oynadığını qeyd edirlər. Həmin tayfalar özlərini arya, dillərini arya dili adlandırırdılar.