Çiçəkli bitkilər
From Wikipedia, the free encyclopedia
Çiçəkli bitkilər (lat. Angiospermae) – Çoxalma orqanı olan bu qismin çiçək açması, eləcə də ikiqat mayalanma kimi xüsusiyyətinə görə fərqlənən ali bitki tipidir.
Çiçəkli bitkilər | ||||
---|---|---|---|---|
Elmi təsnifat | ||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır.
???: Çiçəkli bitkilər |
||||
Beynəlxalq elmi adı | ||||
|
||||
|
Çiçəklərində ağızcıq, sütuncuq və yumurtalıqdan ibarət dişicik orqanı vardır. Qametofit ixtisar olunmuşdur. Daxili və xarici quruluşlarında xüsusi ixtisaslaşma getmişdir. Əksər nümayəndələri cücülər vasitəsilə çarpaz tozlanma kimi bir uyğunlaşma qazanmışdır. Çiçəklərdə həmçinin erkəkcik adlanan orqan vardır. Erkəkcik erkəkcik sapı, tozluq və tozluğun içərisində olan tozcuq lardan ibarətdir. Hər bir tozcuq müstəqil hüceyrədir. Tozcuqlar formalarına görə müxtəlif cür olur.
Toxumları xüsusi örtük içərisində əmələ gəlir. Tipin iki sinfi vardır: Birləpəlilər və ikiləpəlilər. Növlərinin sayına görə ikiləpəlilər sinfi birləpəlilərdən 5 dəfə çoxdur.[1] Angiosperm Phylogeny Website -in 2010-cu il fevralına olan məlumatına görə çiçəkli bitkilər 271–272 min növü, 13350–13400 cinsi var.
Növünün sayına görə çiçəkli bitkilərin sayı ali bitkilərin yerdə qalanlarının hamısının birlikdə növünün sayları cəmindən çoxdur.
Örtülütoxumlular və çılpaqtoxumlular (Gymnospermae) birlikdə toxumlu bitkilər (Spermatophytae) əmələ gətirən iki qrupdur.
Çiçəkli bitkilər ömründə bir dəfə də olsa çiçək açan bitkilərdir. Kök, gövdə, yarpaq, çiçək, toxum və meyvələr çiçəkli bitkilərin orqanlarıdır.