Aleşkov qumları
From Wikipedia, the free encyclopedia
Aleşkov qumları[1], Aşağıdnepr qumları (ukr. Олешківські піски) — qumlu massiv olaraq Ukraynanın Xerson şəhərindən 30 km qərbdə yerləşir. Səhranın ərazisi 30–40 km şimaldan cənuba, 150 km isə qərbdən şərqə uzanır. Hazırda qumluqlarda xüsusi olaraq iynə yarpaqlı meşə salınır. Hazırda 15 km diametrində meşəsiz ərazi qalmışdır. Bura günümüzdə hərbi paliqon kimi istifadə edilir. Qumluğun Kazaçelaqer və Vinoqradov massivlərində 2010-cu ildə milli park yaradılmışdır.
Aleşkov qumları | |
---|---|
ukr. Олешківські піски | |
| |
Ümumi məlumatlar | |
Sahəsi |
|
Yerləşməsi | |
46°35′00″ şm. e. 33°03′00″ ş. u. | |
Ölkə | Ukrayna |
Vikianbarda əlaqəli mediafayllar |
Aleşkov qumları Avropanın ən böyük səhrası və ya qumluğu olaraq adlandırırlar. Bununla belə Arçedinski-Qumları sahəsinə görə faktiki ən böyük massivvdir. Əslində isə Narın qumlar səhrası Avropanın əsl ən böyük səhrası və qumluğudur. Aleşkov qumları ərazisində hündürlüyü olan 5 metr olan dyunlar vardır.